image-ordubackend

Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur.

image-reklam_sirab_01

Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc 44 günlük müharibədə düşmənə layiqli yerini göstərən və dünyaya səs salan, dünya xalqlarını heyrətə salan Azərbaycan Ordusudur.

Ölkəmizdə ordu quruculuğunun  yeni mərhələsinin başlandığını elan edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirmişdir ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq: “Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir.  zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib.”

Heç də təsadüfi deyil ki, Ali Baş Komandanımızın nitqindən dərhal sonra işğalçı Ermənistanın mətbuatı bu çıxışda səsləndirilən hər bir fikri ayrı-ayrılıqda təhlil etməyə başlayıb. Ancaq düşmənin məsələyə hər hansı münasibəti reallığı dəyişmir. Məhz son bir neçə ildə  Azərbaycan Ordusu bir-birinin ardınca elə qələbələrə imza atıb ki, artıq Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyd- şərtsiz azad etməkdən başqa çıxış yolu qalmır. İndi Ermənistan KİV-ləri və sosial şəbəkələri Azərbaycanın güclü ordusu haqqında etiraflarını davamlı olaraq dilə gətirirlər.
Ordumuzun 2016-cı ilin şanlı aprel döyüşlərindən sonra Günnüt zəfəri də ermənilərdə ciddi narahatlıq yaradıb. Bu o deməkdir ki,  Azərbaycan cəbhə bölgəsində hədəfinə doğru cəsarətlə irəliləyir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.
Son bir neçə ildə Azərbaycanın dövlət büdcəsindən irihəcmli vəsaitlər məhz ordunun inkişafına, onun təchizatının yüksəlməsinə ayrılır. Təbii ki, bu belə də olmalıdır. Çünki müharibə aparan ölkənin güclü ordusunun olması şərtdir. Ölkə başçısının da dediyi kimi, ordumuz qısa müddətdə işğal altında olan ərazilərimizi erməni terrorçularından təmizləməyə qadirdir. O günə çox az qalıb və biz tezliklə Dağlıq Qarabağda hərbi paradımızı keçirməyə nail olacağıq.
Təbii ki, bunlar gəlişi gözəl sözlər deyildir, real gücə söykənən qəti fikirlərdir. Çünki Prezident İlham Əliyevin diqqəti, qayğısı və rəhbərliyi ilə son illər həyata keçirilən kompleks islahatlar nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusuna çevrilib. 2003-cü ildən indiyə qədər Azərbaycanın hərbi büdcəsi 15 dəfə artıb.
Prezident İlham Əliyevin ordu quruculuğundakı digər mühüm prinsipial siyasəti ölkənin hərbi sənayesinin yaradılması ilə bağlıdır. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində  silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün nazirliyin tərkibində müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb. Ən mühüm amil isə odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahlarını xaricə ixrac edir. Artıq 10 ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Son 10 ildə hərbi məhsullarımızın  ixrac həcmi 2,7 dəfə artıb.
Son 4 ildə dörd hərbi zavodun açılması reallaşıb. 2017-ci ildə respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2016-cı illə müqayisədə 7,3 faiz artıb.

Xalqları dünyada tanıdan, söz sahibinə çevirən amillərdən biri də onun güclü ordusudur. Tarixin bütün mərhələlərində xalqlar ordularına güvənib, onu təhlükəsizliklərinin əsas amillərindən hesab ediblər. Güclü orduya sahib olmaq bir tərəfdən dövlətin əsas təməl prinsiplərindəndirsə, digər tərəfdən də dünya siyasətinə təsir imkanıdır Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz üzərinə düşən müqəddəs missiyanı – Vətənin ərazi bütövlüyünü cəmi 44 gün ərzində yerinə yetirdi. Bu gün Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. Vaxtilə özlərindən mif yaradan və guya Cənubi Qafqazın ən güclü “ordusu” olan Ermənistan ordusu cəmi 44 günə məhv edildi. Ordumuzun bu regionun ən güclü olması faktı öz əksini real döyüş meydanında da tapdı. İndi Azərbaycan ordusunun gücü büynəlxalq səviyyədə tanınır, qəbul olunur və hörmət edilir.  Beynəlxalq beyin mərkəzləri ordumuzun tətbiq etdiyi döyüş taktikasını təhlil edir. Azərbaycan Ordusunun həyata keçirdiyi döyüş metodları hərb dərsliklərinə salınır.

Bütün bunlar göstərir ki, Azərbaycan ordusu ona yönəldilən diqqət və qayğını dəyərincə qiymətləndirmiş və xalqın etimadını layiqincə doğrultmuşdur!

Azərbaycan Turizm Və Menecment Üniversiteti

Şamilli Ziya


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki