image-_fkh2988_89_90_tonemappedbackend

Azərbaycan respublikası sürətlə inkişaf edir

image-reklam_sirab_01

Cari il Azərbaycan xalqının tarixində unudulmaz hadisələrlə yer aldı. Bütün dünyanın birgə mübarizə apardığı Covid-19 virusu ilə mübarizəmizdə hərkəsə məlumdur. Azərbaycan respublikası bütün imkanları səfərbər etmişdir ki, virusun qarşısı tez bir zamanda alınsın. Azərbaycan Prezidenti İlham Əliyev Covid-19’nun azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb, koronavirus pandemiyasının (COVID-19) mənfi təsiri
Qlobal enerjiyə və dünya bazarlarında meydana müxtəlif dağılmalara səbəbkar olmuşdur. Azərbaycan Respublikasının iqtisadiyyatı bu vaxt ərzində fəsadlar görsədə, respublika tərəfindən həyata keçirilən bütün islahatlar, dövlət başçısına məxsusdur. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycan respublikasını koronavirusla mübarizə zamanı nümunəvi ölkələrdən adlandırıb. Covid-19 ilə mübarizə zamanı Azərbaycana digər ölkələrdən də dəstək gəlmişdir. Virusun əleyhinə vurulan peyvənd hər gün yüzlərlə insana vurulur.
«Beləcə biz virusdan daha tez bir zamanda azad olacağımıza inanırıq. Ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artır. Bu gün dünyada böyük hörmətə layiq bir ölkə kimi çıxış edirik. Bu yaxınlarda Bakıda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısı bunu təsdiqlədi. Biz Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına artıq rəhbərlik edirik və bunu üç il davam etdirəcəyik. Sədrliyi 120 ölkə yekdilliklə qəbul etdi. Yəni bu, dünya birliyinin ən azı üçdə birinin Azərbaycanı dəstəklədiyini və siyasətimizi yüksək qiymətləndirdiyini göstərir. Eyni zamanda siyasi islahatlar davam edir. Son illərdə demokratiyanın inkişafı və insan hüquqlarının qorunması sahəsində böyük irəliləyişlər əldə edilmişdir. Həmişə dediyim kimi, Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir.»
Azərbaycan bütün sahələrdə öz dinamik inkişafını qoruyur. Azərbaycan beynəlxalq aləmdə və xarici ölkələrlə birlikdə iştirak etdiyi bütün layihələrdə öz yerini qoruyub saxlayıb, və uğurlar əldə edib. Bu isə Azərbaycanın təkcə siyasi iqtisadi sahədə deyil o cümlədən hərbi sahədədə inkişafını gücləndirməsi deməktir. Bugün ən güclü hərbi siyasətə malik olan ölkələrdən biridə Azərbaycandır. Siyasi, iqtisadi və bir çox sahədə əlaqələri olan dövlətimiz bütün öhdəliklərini yerinə yetirib və bərabərhüquqlu tərəfdaş kimi tanınıb, etibar qazanıb. Azərbaycan enerji, sənaye, nəqliyyat sahələrində yeni nailiyyətlər əldə edir. Cənub Qafqaz zonasında ən sabit dövlət Azərbaycandır. Bugün Azərbaycanın demək olar ki, hər bir güşəsi qazla təmin edilib və bu sadəcə bizim bölgələrimizə aid deyil. Qarabağ münaqişəsinin həlli regionda yeni imkanlar yaradır. Otuz il ərzində Azərbaycanın 20% torpaqları rəsmi irəvanın işğalçı siyasəti nəticəsində zəbt edilmişdir. Bu müddət ərzində torpaqlarımız etnik təmizləməyə məruz qalmış xalqımıza aid tarixi önəm kəsb edən abidələrimiz o cümlədən yaşayış binaları dağıdılmışdır. Münaqişənin həlli həm Azərbaycan, həm də ermənistan üçün vacib idi. İşğalçıları tərəfindən dağıdılmış torpaqlarda bərpa işləri aparılır. İnfrastruktur nəqliyyat və digər sahələrdə vacib işlər görülür. Bunlardan biri də Zəngəzur dəhlizin inşasına başlamağımızdır. Bu dəhlizin inşası Azərbaycan üçün yeni imkanlar yaradacaq. Naxçıvan Muxtar respublikası ilə Türkiyə birləşir yeni nəqliyyat dəhlizinin yaranması yeni geniş imkanlar yaradacaq. Torpaqlarımız bərpa olunur. Ermənistan artıq bunu qəbullənib addımlarını diqqətlə atmalıdır, Azərbaycan ilə xoş əlaqələr qurmaq onların xeyrinə olacaqdır. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etdi. Əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Bu tarix Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsi idi. Biz bütün gücümüzü səfərbər edib bu müharibədə Qələbə qazanaraq düşməni torpaqlarımızdan qovduq. Müharibə nəticəsində Ermənistan ordusu məhv edilib. Bu, qürurun təntənəsi idi, milli ləyaqətin təntənəsi idi. Ermənistanın inkişafı üçün yeganə yol öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkməkdir. Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir. Biz qalib ölkəyik. Ermənistanı məhv etmişik. Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında əldə etdi. 30 il ərzində erməni vandallarının törətdiyi terror aktları, dağıntılar qarşısında dəhşətə gəlib. Mənfur düşmən bizim əzəli torpaqlarımızı özününküləşdirmək ilə qalmayıb, Azərbaycan tarixinə aid bütün dini, mədəni, tarixi önəm kəsb edən abidələrimizi dağıdıb. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu və avtomobil yolunun çəkilməsini gözləyir. Bu yol həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu və avtomobil yolu ilə əlaqə quracaq, həm də türkdilli ölkələr üçün əlavə imkanlar yaradacaq. 2-ci qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlarımızda iqtisadiyyat, nəqliyyat, kommunikasiya və infrastruktur layihələrinin tərtibinə başlanıb. Prezident İlham Əliyev onların arasında ən vacib imkan yaradacaq olan layihənin nəqliyyat olduğunu bildirib. Bunlar arasında Zəngəzur dəhlizi böyük önəm kəsb edir. Çünki Zəngəzur dəhlizinin icrası təkcə Azərbaycan üçün deyil bütün türkdilli ölkələr üçün də vacib imkanlar yaradacaq əgər şərtlərə uyğun davransalar ermənistanda bu imkanlardan faydalana bilər.
Azərbaycan respublikası yeni reallı yaradır.

 

Əlizadə Zeynəb Kamran qızı
Nəsimi rayonu gənci

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki