image-photo-1backend

AZƏRBAYCAN RESPUBLİKASININ BRAZİLİYA FEDERATİV RESPUBLİKASINDAKI SƏFİRLİYİNİN PRES-RELİZİ

image-reklam_sirab_01

Bununla nəzərinizə çatdırırıq ki, cari ilin 18 oktyabr tarixində Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov yerli “O mundo diplomatico” informasiya agentliyinə Müstəqilliyin Bərpası Günü ilə əlaqədar müsahibə vermişdir. Müsahibədə ölkəmizin 30 il öncə iqtisadi və siyasi böhran, erməni işğalı və süverenliyimizi itirmək təhlükəsi ilə başlayan tarix və Ümummilli Liderimiz Heydər Əliyevin xalq tərəfındən hakimiyyətə dəvət olunduqdan sonra bütün bunlara son qoyulması və ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın regionun liderinə çevrildiyi bildirilmişdir.

44 günlük müharibə zamanı Azərbaycanın qəhrəman əsgərlərinin Ali Baş Komandanın rəhbərliyi altında otuz il davam edən erməni işğalına son qoyması da xüsusi vurğulanmışdır.

Müsahibə çərçivəsində həmçinin 2012-ci ildən Braziliyada fəaliyyət göstərən Səfirliyimizin fəaliyyətindən də söhbət açılmışdır. Səfir E.Poluxov bildirmişdir ki, gələn il Səfirliyin fəaliyyətinin on illiyi tamam olacaq və bu müddət ərzində ənənəvi iki və çoxtərəfli diplomatiyadan sair elm, mədəniyyət, idman, parlamentlər arası münasibətlər və bir çox digər sahələrdə işlər aparılmış və aparılmaqdadır. Qeyd olunmuşdur ki, artıq ənənəyə çevrilmiş hər il İRS jurnalının portuqal buraxılışı işıq üzü görür və jurnalda həm Azərbaycan həm də Braziliyalı müəlliflərin məqalələri yer tapır. Həmçinin bu il dahi Nizami Gəncəvinin əsərlərinin biri, tarixdə ilk dəfə olaraq portuqal dilinə tərcümə olunaraq dərc olunacaq və bu da xalqlarımızı mədəniyyət sahəsində daha da yaxınlaşdıran mühüm hadisəyə çevriləcək.

Həmçinin E.Poluxov iqtisadi sahədə inkişafda olan əlaqələrdən söz açaraq, Braziliyanın aparıcı şirkətlərini ölkəmizə dəvət etmiş və işğaldan azad olunmuş ərazilərdə mövcud yeni biznes imkanlarından danışmışdır. Sonra səfir bir daha agentliyin rəhbərliyinə bayram münasibəti ilə təbriklərə görə minnətdarlığını bildirmiş və xalqlarımıza uğur və inkişaf arzulamışdı.

Müsahibənin tam mətni ilə verilən keçidlə tanış olmaq olar:

https://www.omundodiplomatico.com/post/dia-da-restaura%C3%A7%C3%A3o-da-independ%C3%AAncia-do-azerbaij%C3%A3o-entrevista-com-o-embaixador-elkhan-polukhov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki