image-turkan-bayramovabackend

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə planlı şəkildə aparılır.

image-reklam_sirab_01

Vaksinasiyanın insanın özünün və çevrəsinin sağlamlığını qorumaq baxımından nə dərəcədə əhəmiyyətli olduğunu artıq hər kəs bilir. İmmunlaşdırma xidmətləri olan vaksinasiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən peyvəndlə qarşısı alınacaq xəstəliklərin və əlaqədar ölümlərin qarşısının alınması baxımından ən əhəmiyyətli və iqtisadi cəhətdən səmərəli sağlamlıq müdaxilələrindən biri olaraq tanınır. Vaksinasiya prosesinin nəticəsində peyvəndlə qarşısı alına bilən xəstəliklərin sayında ciddi azalmalar yaşanıb. Peyvənd, xəstəlik nəticəsində baş verə biləcək bütün maddi və mənəvi itkilərin qarşısını alacaq yeganə sağlamlıq sərmayəsidir… Antibiotiklər də daxil olmaqla heç bir şey yoluxucu xəstəlikləri və bu xəstəliklərdən ölümləri peyvənd qədər azalda bilməz. Bədənimiz infeksiyaların səbəbi olan mikroblarla (antigenlərlə) qarşılaşdıqda, qoruyucu sistem dərhal hərəkətə keçir və bədəni bu mikroblara qarşı qoruyan maddələr (antikorlar) əmələ gətirir. Vaksinlər COVİD-19 başda olmaqla virus və bakteriya kimi mikrobların səbəb olduqları bütün xəstəliklərin yaranmasının qarşısını alır. Bunlar sağlam insanlara istifadə edilmək üçün hazırlanmış bioloji maddələrdir. Mikrobları öldürməkdən məsul olan hüceyrələr, qoruyucu antikor ifraz edən hüceyrələr peyvəndin verdiyi xəstəlik agentini tanıyır və onu məhv etmək üçün bütün bədənin qoruyucu sistemini aktivləşdirir. Bu kiçik dozada olan xəstəlik törədicisini məhv edərkən bədən onun bütün xüsusiyyətlərini yadda saxlayır. Bir sözlə, peyvəndlə, xəstəlik meydana gəlməzdən əvvəl antikor istehsalı təmin edilir və orqanizm özünü müdafiə etməyə hazır vəziyyətə gətirilir. Bu səbəbdən insanları xəstəlikdən qorumaq üçün vaksin ən effektiv üsuldur. Bilinməlidir ki, heç bir peyvənd təmsil etdiyi mikroorqanizm qədər təsirli bir reaksiya yarada bilməz. Bu səbəbdən daimi və ya uzunmüddətli müqavimətin meydana gəlməsi üçün peyvəndlər uyğun yaşlarda, dozalarda və müəyyən fasilələrlə təkrarlanmalıdır.
Ölkəmizdə olduğu kimi bütün dünyada tüğyan edən xəstəlik səbəbindən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 11 mart 2020-ci il tarixdən koronavirusun pandemiya vəziyyətinə çatmasını bəyan edib. Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci abzası rəhbər tutularaq “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası ” təsdiq edilib. Bu sərəncam imzalandığı gündən qüvvəyə minib. Azərbaycanda əhalinin yanvar ayının ortalarından başlayan vaksinlənməsi hazırda davam etməkdədir. Azərbaycan bu kompaniyaya Çindən yanvarda sifariş etdiyi 4 milyon doza Sinovac vaksini ilə başlayıb. Ölkədə 3 milyona yaxın əhali peyvənd olunub. Vaksinasiya mərhələli qaydada keçirilir: Fevralın 2-dən 65 yaşdan yuxarı, fevralın 17-dən isə yaşı 50-dən yuxarı olan şəxslərin vaksinasiyası davam etdirilir. Vaksinasiya proseduru çərçivəsində insan orqanizmində Covid-19-a qarşı nəzərdə tutulmuş immunitet reaksiyasının əmələ gəlməsi üçün peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci doza da vurulmalıdır.
Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli Sərəncamına əsasən pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə fəaliyyət göstərir. Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həyata keçirilir. Prosesin nizamlı təşkil olunması məqsədilə 50 yaşdan yuxarı olan vətəndaşlar randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə ən yaxın tibb məntəqəsini seçərək vaksinasiya olunmaq üçün təyin olunmuş tarixdə məntəqəyə yaxınlaşırlar. Eyni zamanda Respublikamızda səyyar xidmətlər təşkil olunaraq fiziki məhdudiyyətləri olan və ucqar ərazilərdə yaşayan vətəndaşların evlərində vaksinasiya işi həyata keçirilir.
Ölkədə 3 milyondan artıq əhali peyvənd olunub. Covid-19- koronavirusuna qarşı vaksinasiya dövlət hesabına aparılır və könüllüdür.

Suraxanı rayonunun fəal gənci Türkan Bayramova

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki