image-resize-1backend

Azərbaycanda nazirliyin 900 əməkdaşı koronavirusa yoluxub

image-reklam_sirab_01

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 10 minlik kollektivdən virusa yoluxan əməkdaşların ümumi sayı 900 olub”.  

Veteninfo.az-ın xəbəribə görə, bu barədə nazir Sahil Babayev məlumat verib.

O bildirib ki, virusa yoluxan əməkdaşlardan altı nəfəri həyatını itirib və onlar arasında valideynlərini itirənlərin sayı daha çoxdur:

“Nazirliyin fəaliyyəti gündəlik vətəndaş qəbulu ilə bağlı olduğuna, quruma bağlı strukturlarda da gündəlik minlərlə insan qəbul edildiyinə və vətəndaş qəbuluna gələn insanların mühafizə qaydalarına riayət etmədiyinə görə əməkdaşlarımız və ailə üzvləri virusa yoluxur. Hazırda deyə bilərik ki, 40 yaş üzərində bütün əməkdaşlarımız vaksinasiyadan keçib”.

Nazir qeyd edib ki, artıq vaksinin hər iki dozasını qəbul edib:

“Həmçinin, bütün ailə üzvlərim də vaksinasiya prosesindən keçiblər. Onu da deyim ki, mənim də bir çoxları kimi qohumlarımdan və ailə üzvlərimdən koronavirusla bağlı itirdiyim insanlar olub”. (Oxu.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki