image-1623843170_zrvbackend

“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir.”

image-reklam_sirab_01

İyun ayının 15-i Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən tarixi günlərdən biridir. 28 il bundan əvvəl, 1993-cü ilin iyunun 15-də ulu öndər – Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmək üçün 15 iyun Ali Sovetə sədr seçilməsi Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. 2021-ci ilin iyun ayının 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan qədim Azərbaycan şəhəri, Türk mədəniyyəti və incəsənətin beşiyi olan Şuşaya səfər etdilər. Türkiyə Prezidentinin Şuşaya səfəri ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan sarsılmaz dostluq və qardaşlıq münasibətlərini bir daha sübut etdi. Qardaş ölkə Vətən mübarizəmizdə hər zaman xalqımızın yanında olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri həqiqətən də həm ölkələrimiz üçün, həm də bütün Türk dünyası üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən bir tarixi hadisədir. Türkiyə Prezidenti Təcəb Tayyib Ərdoğan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk dəfə səfər edir, bu zaman baxımından səfərin günü və məkanın gözəl diyarımız Qarabağ olması heç də təsadüf olmamasını əminliklə demək olar. Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və Türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisə idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şuşanı azad edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olması məsələsinə bir daha aydınlıq gətirdi və faktın müzakirəyə belə açıq olmadığını bütün dünyaya nümayiş etdirdi. Türkiyə Prezidentinin Şuşaya səfəri isə Azərbaycanın arxasında qardaş ölkənin timsalında belə bir böyük gücün durduğunun və artıq bu ölkələr arasındakı strateji müttəfiqliyin daha güclü birliyə çevrildiyinin növbəti təsdiqi oldu. Bu səfər hər iki dövlət üçün yeni əlaqələr və münasibətlər yaradacaq.
Şuşa Bəyannaməsi Azərbaycan üçün çox önəmli bir tarixdə Milli Qurtuluş günündə imzalandı. İki dost və qardaş ölkə arasında müttəfiq münasibətlərə dair Şuşa bəyannaməsi böyük tarixi əhəmiyyətə malikdir.Bu bəyannamə Azərbaycan-Türkiyə münasibətlərini ən uca zirvəsinə qədəm qoydu.siyasi və tarixi əhəmiyyətə malik Şuşa bəyannaməsində qeyd olur ki, Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin “bir millət iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz,kədəri bizim kədərimizdir”kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib. Şuşa bəyannaməsində tərəflərdən hər hansı birinin müstəqilliyinə,suverenliyinə,ərazi bütövlüyünə,beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçünçü dövlət və dövlətlər tərəfindən təhdid və təcavüz edildiyi təqdirdə,birgə məsləhətləşmələr aparılması, bu təhdid və təcavüzün aradan qaldırılması məqsədilə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə müfaviq təşəbbüs həyata keçirilməsi,BMT nizamnaməsinə uyğun olaraq bir-birinə lazimi yardım göstərməsi,Silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsin yüksəlib.Xalqlarımızın eyni dilə,dinə mədəniyyətə bir çox qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib.44 günlük vətən müharibəsi zamanıda Türkiyə Azərbaycanın yanında olaraq siyasi mənəvi dəstək verdi. Azadlıq meydanında keçirilən Zəfər paradında Receb Tayyib Ərdoğanın İlham Əliyevlə yan-yana dayanması ölkəmizin birliyini,qardaşlığını bir daha dünyaya nümayiş etdirdi.Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumillikdə regionun tərəqqisinə, sabitliyin davamlı olmasında mühüm əhəmiyyyət kəsb edir.
Səfərin məhz 15 iyun tarixində baş tutmasını Azərbaycan xalqının tarixində həqiqətən böyük başlanğıclar günü olduğunu demək olar. Azərbaycan və Türkiyə arasında münasibətlər günü-gündən genişlənir, inkişaf edir və möhkəmlənir. Prezident Ərdoğanın Şuşaya səfəri zamanı da dövlətlərimiz arasında vacib sənədlər imzalandı. Müttəfiqlik haqqında Şuşa bəyannaməsi hər tərəfli qarşılıqlı mûnasibətləri özündə əks etdirir. Bu bəyannamədə göstərilən maddələr gələcək üçün böyük əhəmiyyəti var. Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq tamamilə yeni bir mərhələyə keçid almışdır. Yeni imzalanacaq sənədlər əməkdaşlıqın hüquqi əsaslar üzərində bazasının yaradılmasına xidmət edəcək. Azərbaycan və Türkiyə Prezidentləri Şuşada həmin sənədləri imzalamaqla yeni tarix yazılacaq və bu tarix bütün Türk dünyasının həm nüfuzunun, həm də qüdrətinin daha da artıracaqdır. Azərbaycan və Türkiyə qardaşlığı möhkəm və əbədi yaşayacaq.

Alıyev Fariz
Nəsimi rayon

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki