image-imagesbackend

Azərbaycanın İnkişaf Yolu

image-reklam_sirab_01

Böyük İpək yolu üzərində yerləşən Hacıqabul zamanın müxtəlif dövrlərində müxtəlif adlarla mövcud olmuşdur. Sasanilər dövründə Qafqaz Albaniyasının bu mühüm strateji məntəqəsi Güstasib adlanmışdır. Hülakilər dövründə Mahmudabad sonrakı dövrlərdə Həcc ziyarəti ilə əlaqədar Hacıqabul adını daşımağa başlamışdır. Deyilənlərə görə Həcc ziyarətinə yola düşən zəvvarlar Hacıqabul gölünün Şərq sahilində olan karvansaraydan yola düşür, ziyarəti başa vurduqdan sonra qarşılanma mərasimində “Həccin qəbul” deyə mübarəkdarlıq edərlərmiş. Elə bu da Hacıqabul toponiminin formalaşmasında mühüm rol oynamışdır.

Müstəqillik illərində 24.04.1990-cu ildə Hacıqabul rayonu yenidən təşkil edilərək öz adını qaytarmışdır. Son dərəcə əlverişli strateji-coğrafi mövqeyinə, eləcə də əhəmiyyətli şirin su mənbələri və münbit torpaqları səbəbindən Hacıqabul yaşayış məntəqəsi və dayanacaq yeri olaraq ən qədim zamanlardan günümüzə qədər böyük dəyər daşıyır. Böyük Qafqaz dağlarının cənub-şərq qurtaracağında yerləşməsi ilə əlaqədar ölkənin əsas karvan yolları, eləcə də Böyük İpək yolu bu torpaqlardan keçmiş, rabitə qovşağı olaraq, həm də ticarət sənətkarlıq mərkəzi vəzifəsini yerinə yetirmişdir. Hacıqabul rayonunun iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, bostançılıq və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı rayonun təsərrüfatlarında qarğıdalı, kartof, meyvə və üzüm məhsulu da istehsal edilir. Hacıqabul rayonu ərazisində şəkər çuğunduru və vələmir bitkilərinin əkininə də başlanılmışdır.  Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar dayanmadan şaxələnir. Böyük aqroparkların yaradılmasının əsas məqsədi ərzaq təhlükəsizliyini təmin etməkdir. Eyni zamanda, kiçik fermer təsərrüfatlarının inkişafı ilə bağlı praktiki işlər görülür. Bu iki istiqamət üzrə kənd təsərrüfatı inkişaf edir. Bildiyiniz kimi, aqroparklar milli iqtisadiyyatımızın perspektiv istiqamətərindən biridir. Aqroparkların üstünlüyü ondan ibarətdir ki, burada daha bol məhsul yetişdirilir və məhsuldarlıq da daha yüksəkdir. Bu, təbiidir, çünki burada ən müasir aqrotexniki tədbirlər tətbiq olunur. Regionlarda böyük aqroparklar fəaliyyət göstərir və minlərlə yerli sakin bu aqroparklarda işlə təmin edilir. Bu cür yanaşma bizim bütün böyük təsərrüfatlarımızda və eyni zamanda, kiçik fermer təsərrüfatlarında tətbiq olunarsa, onda biz ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı işlərimizi tamamlamış olacağıq. Özəl sektorun kənd təsərrüfatı sahəsinə cəlb olunmasında dövlət investisiyalarının rolu əvəzolunmazdır.

Prezident İlham Əliyev may ayının 20-də yerli və xarici jurnalistlər üçün mətbuat konfrası keçirib. Cənab Prezidentimiz İlham Əliyev jurnalistlərin suallarına cavab olaraq bir çox önəmli məqamlara toxunmuşdur.Prezident  işğaldan azad olunan ərazilərdə aqroparkların yaradılacağını qeyd etdikdən sonra, orada görülən işlər haqqında da fikirlərini bildirdi.O, hazırda bizim ən böyük çətinliyimizin minalar olduğunu, ermənistanın isə mina xəritələrini bizə verməkdən imtina etdiyini vurğuladı.Lakin buna baxmayaraq, əsas infastruktur layihələrinə start verildiyini, həm xəttlərin həm də yeni yarımstansiyaların tikilməsini qeyd etdi.

Bildiyimiz kimi, Yol infrastrukturunun yaradılması ilə bağlı bütün istiqamətlər üzrə işlər gedir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır.

Cənab Prezidentimiz mətbuat konfransında Zəngəzur dəhlizindən də söz açdı. O, bildirdi ki,   Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik.

Eyni zamanda, Prezident İlham Əliyev  mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən “Bizim azad olunmuş ərazilərdə hava limanı tikmək istəyimiz tək Füzuli ilə yekunlaşmır. Laçın və Zəngilanda da hava limanı tikmək kimi planımız var”.-deyib.

Nəsimi rayon gənci-İbadova Günay.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki