image-300px-baku_city_at_nightbackend

“Azərbaycanın inkişafı bütün regionun inkişafı üçün əsaslı zəmin yaradır.”

image-reklam_sirab_01

 

 

Doğma yurdumuz Azərbaycan 1991-ci il oktyabrın 18-i müstəqilliyini elan etdiyi gündən bəri inkişaf etməkdə olan ölkələr sırasında öndə olmaqdadır.Günü gündən çiçəklənməkdədir.Ölkəmizin  yerləşdiyi geo-strateji mövqe də onun bu inkişafında mühüm əhəmiyyət daşımışdır.Keçmiş zamanların  əsas  ticarət yolu olan Böyük İpək yolunun keçdiyi ölkələrdən biri də Azərbaycan olmuşdur.Bu isə ölkəmizin ta o zamanlarda ticari inkişafına,dünya tacirlərinin buraya gəlib getməsinə şərait yaratmışdır.Günümüzdə də”Ölkəmizin inkişafı bütün regionun inkişafı üçün zəmin yaradır Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanıqlı inkişafını təmin edəcəkdir.Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı,işğaldan azad edilmiş ərazilərə böyük qayıdış,təmiz  ətraf mühit və “yaşıl artim”da daxildir.”ifadəsini Cənab Prezident İlham Əliyev söyləmişdir.Ölkəmiz daima sülhpərvər olmuşdur.Lakin mənfur düşmənin təxribatlarının qarşısını almaq üçün 2020-ci il 27sentyabr tarixində düşmənin təxribatının qarşısını almaq üçün əks-hücuma keçmiş,44günlük Böyük Vətən müharibəmiz başlamışdır.Biz bu savaşdan qələbə ilə çıxdıq.Qarabağamıza qovuşduq.Və biz artıq yenidən onu çiçəklənməsi üçün abadlıq işləri aparırıq.Yalnız abadlıq işləri deyil,həm də yeni lahiyələr edirik.Bunlardan ən səs salanı isə Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi”dirBu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.Həmçinin işğaldan azad edilmiş torpaqlarımızda beynəlxalq havalimanları da tikilir.Həmin ərazilərdə yenidənqurma prosesi çərçivəsində “ağıllı şəhər”,ağıllı kənd”konsepsiyaları tətbiq olunacaq.Və daha bir çox işlər görüləcəkdir.

Yaxın gələcəkdə ölkəmizin hər bir guşəsi cənnətə çevriləcəkdir biz buna əminik.

Mustafayeva Aytac

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki