Hazırda Azərbaycan dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələr sırasında qərar tutur. Ölkəmizin iqtisadi-maliyyə imkanlarının artması isə öz növbəsində respublikamızın qarşısında yeni inkişaf perspektivləri açıb. Prezident İlham Əliyev respublikamızın iqtisadi müstəqilliyinin təmin olunmasını, o cümlədən də artan maliyyə imkanlarından bəhrələnərək yerli istehsalı genişləndirməyi, əsas məhsullar üzrə daxilitələbatı məhz yerli istehsal hesabına təmin etməyi, eyni zamanda, ölkənin ixrac potensialını artırmağı strateji hədəf kimi qarşıya qoyub.
Ərzaq təhlükəsizliyinə nail olunması Azərbaycanın əsas hədəflərindən biridir Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon tonsəviyyəsində olacaqdır. Bu və digər faktlar bir daha təsdiqləyir ki, müasir dövrdə aqrarsektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinə nail olunması hər bir ölkə və xalq üçün ümummilli, strateji mahiyyət kəsb edir.
Ölkəmizdə də ərzaq təhlükəsizliyinə nail olunması dövlətin iqtisadi sahədə həyata keçirdiyisiyasətin mühüm istiqamətlərindənə birini təşkil edir. Prezident İlham Əliyev ölkəmizdə əsas ərzaq məhsulları ilə təminatın daxili istehsal hesabına təmin olunmasını bir vəzifə kimiqarşıya qoyub: “Bizdə istehsal olunan ərzaq məhsulları tam şəkildə tələbatımızı təmin etməlidir. Biz buna yaxınlaşırıq və çalışmalıyıq ki, növbəti 5 il ərzində, bəlkə də ondan datez bir müddətdə 3-cü regional inkişaf Proqramının icrası başa çatanda artıq ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər öz həllini tapsın”.
Ölkəmizdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qəbul edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın, eləcə də 2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dairiki Dövlət Proqramının uğurla reallaşdırılması, bölgələrdə genişmiqyaslı strukturlayihələrinin yerinə yetirilməsi, fermerlərə ardıcıl şəkildə maliyyə və texniki dəstək göstərilməsi sayəsində ölkəmizdə ərzaq məhsullarının istehsalının artması və istehlakın daxili istehsal hesabına ödənilməsi sahəsində diqqətəlayiq uğurlar əldə olunub. Cari ilyanvarın 16-da isə dövlət başçısı “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
Son illərdə ölkəmizdə aqrar sektorun inkişafına dövlət dəstəyindən söhbət açarkən Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizinin kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilməsini xüsusivurğulamaq gərəkdir. Bundan başqa, respublikamızda fermerlər torpaq vergisi istisnaolmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahələrinin becərilməsində istifadə olunan mineral gübrələrin satışı zamanı tətbiq olunan və dövlət büdcəsindən maliyyələşən güzəşt 50 faizdən 70 faizədək artırılıb.
Kənd təsərrüfatında çalışanların texnika ilə təchizatında “Aqrolizinq” ASC mühüm roloynayır. 2014-cü ilin birinci yarısında ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə 68,5 milyon manat dəyərində 504 taxılyığan kombayn, 499 müxtəlif növ traktor, 355 kotan, 44 səpici aqreqat, 42 otbiçən, 30 çiləyici və tozlayıcı maşın, 22 ot dırmıqları, 15 gübrəsəpən maşın və 55 digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb. Cari ildə “Aqrolizinq” Səhmdar Cəmiyyətinə dövlət büdcəsindən və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 62 milyon manat vəsait ayrılıb. Ümumiyyətlə, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrası çərçivəsində cari ildə 105 milyonmanat vəsait sərf edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3 faiz və yaxud 3 milyon manat çoxdur.
Məlumdur ki, hazırda Azərbaycan dünyanın onlarca ölkəsinə neft və neft məhsulları ixracedir. Lakin ölkəmizin qeyri-neft sektorunda da geniş ixrac potensialı vardır. Prezident İlhamƏliyev bu potensialdan səmərəli istifadə olunmasının zəruriliyinə diqqət çəkərəkvurğulayıb: “Biz ixrac potensialımızı artırmalıyıq. Bu məsələlərlə bağlı çox böyük işlərgörülübdür. Yeni imkanlar açılır. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranmışdır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik”.
Qeyd etmək yerinə düşər ki,Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq yeni investisiya proqramları hazırlanarkən ixrac qabiliyyətli müəssisələrin yaradılması diqqət mərkəzində saxlanılır. Təkcə son illərdə qablaşdırma, saxlama,daşınma imkanlarının artırılması üzrə bir neçə layihələr həyata keçirilib, hazırda Aktau şəhərindəlogistik mərkəzin yaradılması layihəsi reallaşdırılır.
Məqsədyönlü investisiya layihələriçərçivəsində yeni yaradılan müəssisələr hesabına 10 il ərzində ölkənin qeyri-neft ixracı 4,7 dəfə, cümlədən, emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarınınçeşidi 1,7 dəfə, ixrac ölkələrinin say isə 20 vahid artıb. Hazırda Azərbaycan dünyanıntəxminən 105 ölkəsinə 25 adda qeyri-neft məhsulu ixrac edir.
Azərbaycanın ixrac potensialının artmasını şərtləndirən mühüm amillərdən birison illərdəölkəmizdə modern, innovativ əsaslı sənaye quruculuğu siyasətinin həyata keçirilməsi iləbağlıdır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilənməqsədyönlü investisiya siyasəti sayəsində Azərbaycanın sənaye xəritəsi əhəmiyyətlidərəcədə zənginləşib. Son 10 il ərzində respublikamızda 500-dən çox sənaye müəssisəsiyaradılıb. Yeni yaradılan sənaye müəssisələri hesabına son illərdə Azərbaycandan yaxın vəuzaq xarici ölkələrə göndərilən qeyri-neft məhsullarının həcmi və çeşidi artıb. Xaricibazarlarda ölkəmizin emal sənayesi məhsulları geniş rəqabət imkanları ilə seçilir.
Respublikamızda güclü müdafiə sənayesinin yaradılması sənaye quruculuğu siyasətində çoxhaqlı olaraq yeni mərhələ kimi səciyyələndirilir.Cəmi bir neçə il ərzində Müdafiə SənayesiNazirliyinin birlik və müəssisələrində 45 yeni istehsal sahəsi yaradılıb.
Əlbəttə, kənd təsərrüfatında olduğu kimi, sənaye istehsalı sahəsində də əldə olunan uğurlarölkəmizin zəngin potensialı və maliyyə imkanları baxımından son hədd deyildir. Məsələn, inşaat materialları istehsalı sahəsində respublikamız çox geniş perspektivə malikdir. Yeni istifadəyə verilən müəssisələr hesabına daxili istehlakı təmin edən Azərbaycan yaxıngələcəkdə xarici bazara da sement və digər inşaat malları çıxaracaq. Prezident İlhamƏliyevin vurğuladığı kimi: “Azərbaycanda kifayət qədər xammal da və artıq sənayepotensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixracetməliyik.Burada alüminium, poladtökmə, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur və inkişaf etdirilir. Burada da böyük potensial var”.
Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü
Zaur Quliyev


























