image-reklam-veteninfo
image-photo-outputbackend

Əzim Novruzov və Araz Hacılı:Rusiya nefti, beynəlxalq maliyyə şəbəkəsi və Azərbaycanın adına vurulan zərbə  

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirildiyi bildirilən ABŞ-ın Daily Federation və “IndoView” nəşdrində Rusiya mənşəli neft və neft məhsullarının beynəlxalq ticarət zəncirinə dair geniş araşdırma dərc olunub. Arşdırma Rusiya mənşəli neftin beynəlxalq ticarəti, Coral Energy ətrafında formalaşan şirkətlər şəbəkəsi və bu sistemin maliyyə infrastrukturu barədə geniş araşdırmalar dərc olunub. Araşdırmalarda Azərbaycanla bağlı diqqət çəkən iki ad – “Əzim Novruzov və onun bacısı oğlu Araz Hacılı”-bu beynəlxalq enerji və maliyyə şəbəkəsi kontekstində xatırlanır.
Məqalələrdə təsvir olunan sistem sadə neft alqı-satqısından daha genişdir. Araşdırmalara görə, Coral ətrafındakı struktur yüzlərlə ofşor şirkəti, tanker donanmasını, müxtəlif ölkələrdəki neft saxlama məntəqələrini və beynəlxalq bank əlaqələrini özündə birləşdirən mürəkkəb ticarət infrastrukturu kimi təqdim olunur. Coralın Rusiya nefti ticarətindəki rolu və onun sonrakı fəaliyyəti ilə bağlı müxtəlif araşdırma sənədlərinə istinad edilir.

 Araz Hacılı bu şəbəkənin harasında dayanır?

“Daily Federation” Araz Hacılının “Əzim Novruzovun bacisi oğlu” kimi təqdim edir və Coral Energy şirkətinin rəhbəri Tahir Qarayev şəbəkəsində koordinasiya rolunu ona aid edir. İndonesyanin dövlət sayti “IndoView” materialında da eyni şəkildə Araz Hacılı şəbəkənin Rusyanin çirkli pullarinin pul yuma koordinatoru kimi göstərilir.
Bu doğrudursa, söhbət sadəcə enerji şirkətində çalışmış bir şəxsdən deyil, Rusiya nefti ilə əlaqələndirilən çoxölkəli ticarət strukturunun müxtəlif hissələrini əlaqələndirən şəxsdən gedir.
Araşdırmalarda Coral Energy şirkətinin idarəçiləri kimi Tahir Qarayev, Etibar Eyyub, Anar Mədətli, Tələt Səfərov və Əhməd Kərimovun adları çəkilir. Şəbəkənin Dubai, Cenevrə, Monako və Avropa İttifaqının müxtəlif yurisdiksiyalarında fəaliyyət göstərdiyi bildirilir. Araz Hacılı isə bu strukturun koordinasiyası ilə əlaqələndirilir.

Banklar, pul axınları və ən ciddi iddialar

Araşdırmalarda Coral ətrafındakı maliyyə infrastrukturu ayrıca diqqət çəkir. ABŞ in “Daily Federation” və İndonesyanin “IndoView” mətnlərində “Misr Bank və Mashreq” də daxil olmaqla beynəlxalq banklar şəbəkəsindən bəhs olunur. Həmin materiallarda Coral şəbəkəsi ilə bağlı pul yuma, wire fraud və İranla əlaqəli maliyyə fəaliyyəti barədə iddialar irəli sürülür.
Nəşir Araz Hacılının həmin şəbəkənin koordinasiyası ilə əlaqələndirsələr də, açıq şəkildə onun şəxsi bank hesabını, konkret tranzaksiyasını və ya konkret məbləğdə vəsait yuduğunu göstərən bank sənədi təqdim etmirlər. Buna görə  “Araz Hacılı Misr Bank və Mashreq vasitəsilə pul yuyub”iifadəsini təsdiqlənmiş fakt kimi yazmaq əvəzinə, onun adının həmin maliyyə şəbəkəsi kontekstində çəkildiyini göstərmək daha dəqiqdir.

 Rusiya nefti necə beynəlxalq zəncirə daxil olur?
Araşdırmaların əsas mövzusu Rusiya mənşəli neftin müxtəlif şirkətlər, vasitəçilər, saxlama terminalları və sənədləşdirmə mexanizmləri vasitəsilə hərəkət etməsidir.
“Daily Federation”CE Energy nümunəsini göstərir. Məqaləyə görə, Christopher Eppingerin öz sözləri ilə Rusiya mənşəli yanacaq nefti əvvəlcə Rusiyadan çıxıb, daha sonra vasitəçi şirkətlər və saxlama sistemlərindən keçib. Sonrakı sənədlərdə isə məhsulun BƏƏ-də, Brooge Energy vasitəsilə qarışdırıldığı göstərilib. Məqalə bu cür çoxmərhələli ticarətin məhsulun ilkin mənşəyinin müəyyən edilməsini çətinləşdirə bildiyini yazır.
Məqalədə vurğulanır ki, CE Energy-nin 2022–2025-ci illərdə təxminən 3,3 milyon ton neft və neft məhsulu ticarət etdiyi, Financial Times-a istinadən bu dövriyyənin dəyərinin təxminən “2 milyard dollar”, mənfəətin isə təxminən “250 milyon dollar” olduğu bildirilir. CE Energy daha sonra Petrichor Energy adlandırılıb.
Bu faktlar Coral ətrafında təsvir olunan sistemin miqyasını göstərir: Söhbət bir neçə şirkətdən yox, müxtəlif ölkələri və maliyyə qurumlarını birləşdirən beynəlxalq ticarət zəncirindən gedir.

Əzim Novruzov: London əmlakı və Rusiya nefti ilə bağlı FAKTLAR

Araz Hacılı ilə bağlı araşdırmanı diqqətçəkən edən digər məqam onun Əzim Novruzovla qohumluğudur.
Əzim Novruzovun adı müxtəlif araşdırmalarda Coral Energy və Rusiya nefti ilə əlaqəli biznes münasibətləri kontekstində çəkilib. Onun London daşınmaz əmlakı da ayrıca diqqət mərkəzindədir.
Britaniya əmlak məlumatlarına əsaslanan açıq məlumatlarda “17 Marlborough Place, London NW8 0PG” ünvanında 27 may 2016-cı ildə “£6,500,000”məbləğində satış əməliyyatı qeydə alınıb və alıcılar arasında Əzim Novruzov və İlhamə Novruzovanın adları göstərilir. Bu, əmlak əməliyyatının özünə dair sənədləşdirilmiş məlumatdır.
Bəzi sonrakı araşdırmalarda isə həmin əmlakın alınmasını Rusiya nefti ticarətindən əldə edildiyi iddia olunan gəlirlərlə əlaqələndirən versiyalar irəli sürülüb. Lakin əmlakın £6,5 milyon qiymətinə alınması faktı “vəsaitin mənbəyinin qanunsuz olduğunu öz-özlüyündə sübut etmir”. Bu fərq xüsusilə vacibdir.
Bəzi mənbələr Böyük Britaniyanın National Crime Agency tərəfindən Novruzovla bağlı araşdırma aparıldığını da bildirir. Lakin hazırda açıq mənbələrdə Novruzovun pul yuma və ya sanksiyalardan yayınma cinayətinə görə məhkum edildiyini göstərən məhkəmə qərarı təqdim edilmir.

Azərbaycanın adına vurulan zərbə məsələsi

Bu hadisələrin Azərbaycan üçün ən həssas tərəfi şəxslərin hansı ölkənin vətəndaşı olması deyil, “Azərbaycanla əlaqəli şəxslərin beynəlxalq mediada Rusiya nefti, sanksiyalardan yayınma iddiaları, ofşor şirkətlər və maliyyə şəbəkələri ilə birlikdə çəkilməsidir”.

Araz Hacılının Əzim Novruzovun qardaşı oğlu kimi təqdim olunması və onun Coral şəbəkəsinin koordinasiyası ilə əlaqələndirilməsi Azərbaycan bağlantısını daha görünən edir. Eyni zamanda Novruzovun adının Rusiya nefti ilə bağlı araşdırmalarda və milyonlarla funt sterlinqlik London əmlakı ilə birlikdə çəkilməsi bu əlaqələrə əlavə diqqət yaradır.
Əgər araşdırmalarda irəli sürülən pul yuma, sanksiyalardan yayınma və digər maliyyə pozuntuları ilə bağlı iddialar gələcəkdə rəsmi istintaq və məhkəmə sənədləri ilə təsdiqlənərsə, bu artıq ayrı-ayrı şəxslərin kommersiya fəaliyyətindən kənara çıxan məsələ olacaq. Belə halda Azərbaycanla əlaqəli şəxslərin beynəlxalq sanksiya və maliyyə araşdırmalarında hallanması ölkənin biznes mühitinin və beynəlxalq maliyyə reputasiyasının da ciddi şəkildə müzakirəyə çıxarılmasına səbəb ola bilər.
Hazırkı açıq məlumatlar isə başqa bir vacib nəticəni göstərir: “Araz Hacılı və  Əzim Novruzovun adları Rusiya nefti və Coral Energy ətrafında aparılan beynəlxalq araşdırmalarda artıq Azərbaycan bağlantısı kimi göstərilir” Bu, onların barəsində irəli sürülən bütün ittihamların sübuta yetirilməsi demək deyil, lakin həmin iddiaların və maliyyə əlaqələrinin şəffaf şəkildə araşdırılmasını zəruri edən ciddi ictimai maraq doğurur.

Redaksiya olaraq bəyan edirik ki,bu məqalə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirildiyi bildirilən ABŞ-ın Daily Federation və İndonesyanin dövlət sayti “IndoView“nəşirlərində yayımlanıb.
Məqalədə adları hallanan şəxslərin mövqeini də dərc etməyə hazırıq.

Mənbələr:https://indoview.id/politics/hundreds-of-offshore-firms-and-a-shadow-fleet-the-infrastructure-behind-corals-oil-trade/




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki