Belarusun paytaxtı Minskdə “Bakı Metropoliteni” QSC-nin də daxil olduğu “Metro” Beynəlxalq Assosiasiyasının Şura iclası və üzvlərinin ümumi yığıncağı keçirilib.
Vətəninfo.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, görüşdə Bakı metrosunu qurumun istismar üzrə baş mühəndis Azad Mustafayev təmsil edib.
Tədbirdə iştirakçılara Assosiasiyanın gördüyü işlərlə bağlı hesabat təqdim olunub. Eyni zamanda 2024-cü il üçün iş planına düzəlişlər edilib, maliyyə planı təsdiq olunub, prioritet fəaliyyət istiqamətləri, perspektivlər müzakirəyə çıxarılıb və digər təşkilati məsələlərə baxılıb.
Müzakirələrdə iştirak edən A.Mustafayev Bakı metrosunun fəaliyyəti və digər məsələlər ətrafında fikirlərini bildirib. Bakı metrosunda bir sıra sahələr üzrə tətbiq edilən yeniliklər iştirakçıların marağına səbəb olub. A.Mustafayev həmçinin ikili görüşlər də keçirərək, qarşılıqlı əlaqələrin inkişafı, təcrübə mübadiləsi ilə bağlı təkliflər verib. O, həmçinin Minsk metrosunun Böhran vəziyyətlərində idarəetmə mərkəzinin fəaliyyəti ilə tanış olaraq fikir mübadiləsi aparıb.