image-2backend

Bakıda bu ərazidə parkinq qiymətləri qalxdı: 120 manat – FOTO

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın bir sıra ərazilərində yeni parkinq qiymətləri açıqlanıb.

Vətəninfo.az yenisabah.az-a istinadən xəbər verir ki, yeni qiymətlər sürücülər arasında şok effekti yaradıb.

Məlumata görə, “Qış Parkı”nın dayanacağında da qiymət artımı olub.

Belə ki, gün ərzində avtomobilini 12-24 saat bu dayanacaqda saxlayan sürücülər 8 manatlarından keçməli olacaqlar. 10-12 saat üçün bu məbləğ 5 manat təyin edilib.

Aylıq paketlər isə 80 və 120 manat təyin olub. Məlumata görə, əvvəl “Qış Parkı”nda aylıq ödəniş 30 manat olub.

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC metronun 28 May stansiyasının yaxınlığında, Bakı Dəmiryolu Vağzalının ətrafında parkinq qiymətini sutkalıq 30 AZN təyin etməsi etirazla qarşılanmışdı.

image-1

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki