image-reklam-veteninfo
image-62175995c327f62175995c3280164569742962175995c327d62175995c327ebackend

Bakıda evdən 15 min manatlıq qızıl oğurlanıb

image-reklam-veteninfo

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, fervralın 21-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rayon ərazisindəki evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanması ilə bağlı məlumat daxil olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ü.Ömərova saxlanılıb.

Araşdırma davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki