image-360495_srcbackend

Bakıda keçmiş bankir koronavirusdan öldü, həmin gün anasının ürəyi partladı

image-reklam_sirab_01

Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Müşahidə Şurasının və “Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının keçmiş sədri Oruc Heydərov vəfat edib. Keçmiş maliyyəçi koronovirus (COVID-19) infeksiyasına yoluxduğu üçün həyatını itirib.  O.Heydərovun ölümünə dözməyən anası Dilbər Heydərova da onunla eyni gündə ürək tutmasından ölüb. (“Report”)

Oruc Heydərov bir neçə il əvvəl “Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun işi üzrə ittiham olunurdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki