image-177470526_1350545698660559_4378725905199226110_n-1backend

Balakəndə şəhid bulağının açılışı olub-VİDEO

image-reklam_sirab_01

Moskva Azərbaycanlıları İcmasının sədr müavini, Gənc iş adamı Xəzər Qarayevin dəstəyi və təşəbbüsü ilə 44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan şəhid XTQ nin giziri Rəşidov Tural Fazil oğlunun Balakən rayonunda koronavirus (COVİD-19) pandemiyasını nəzərə alaraq məhdud sayda şəxslərin iştirakı ilə xatirə bulağının açılışı olub. Açılışda Balakən rayonunun məsul şəxsləri, hüquq- mühafizə orqanları, din xadimləri, şəhid ailələri, qazilər  və digər məsul şəxslər iştirak edib.

Şəhid Tural Rəşidov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsinə Xüsusi təyinatlıların giziri olaraq qatılıb, döyüşlərdə şücaət göstərərək şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qarabağ ordeni ilə təltif edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki