image-6ddf1875-9c0a-3182-949b-6d930c49b991_850backend

Baltikyanı ölkələr Rusiya üçün xüsusi tribunal yaradılmasını tələb ediblər

image-reklam_sirab_01

Estoniya, Latviya və Litva Avropa İttifaqını beynəlxalq tərəfdaşları ilə birlikdə Rusiyanın Ukraynaya qarşı cinayətlərini araşdırmaq üçün xüsusi tribunal yaratmağa kömək etməyə çağırıb.

Bu barədə Veteninfo üç ölkənin xarici işlər nazirlərinin bəyanatına istinadən xəbər verir.

Nazirlər, Rusiyanın bu yaxınlarda mülki evlərə, məktəblərə və uşaq meydançalarına, eləcə də Ukrayna ərazisində mülki infrastruktura qəsdən endirdiyi zərbələri pisləyiblər:

“Hamımızın müdafiə etməyə çalışdığımız qaydalara əsaslanan beynəlxalq nizam, onun ən kobud şəkildə pozulmasına görə cəzasız qalacağı təqdirdə yaşaya bilməz. Rusiyanın Ukraynaya qarşı qəddar hücumları davam edərkən, Avropa İttifaqı cinayətlərə görə ədalət və cavabdehlik axtarışının siyasətimizin mərkəzində olmasını təmin etmək üçün hərəkətə keçməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki