image-0b5ac5d3-5b7f-4fb1-a5ac-1179cf2cf882backend

Baş Prokurorluq Yeganə Əmiraslanovanı şahid qismində dindirdi

image-reklam_sirab_01

Vetenifo.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Avropa ölkələrinə Azərbaycan Respublikasının vətəndaşlarının qanunsuz miqrasiyanın təşkil edilməsi ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 318-1 (qanunsuz miqrasiyanın təşkili) və digər maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə daxil olmuş məlumatların yoxlanılması üçün Əmiraslanova Yeganə Səftər qızı şahid qismində dindirilmişdir. Yeganə Əmiraslanova istintaq qurumu tərəfindən saxlanılmamış, ona hər hansı məzmunda ittiham verilməmiş, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməmiş və axtarışa verilməmişdir.
Kütləvi informasiya vasitələrindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatlara istinad etməmələri xahiş olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki