image-1618224195_11111backend

        Başsız qalan dəbilqələr  

image-reklam_sirab_01

A.S.Puşkin “Sən köləsən, sən qorxaqsan, çünki sən ermənisən!” deməklə erməni sözünün mənasını izah etməklə bərabər öz xalqının da harada səhvə yol verdiyini yaxşı bilirdi…

Biz tarixi qələbəmizi düşmənə göz dağı verən hərbi texnikamız, öz sözünü layiqincə demiş beynəlxalq münasibətlərimiz, inkişaf etmiş iqtisadiyyatımızdan da əsas əsrlər boyu əcdadlarımızdan qanımıza, təhtəlşüurumuza hopan milli-mənəvi dəyərlər sayəsində qazandıq ki, məhz bu Vətən sevgisi genlərində igidlik qanı daşıyan oğulları milli birlik, oyanış nöqtəsinə çevirdi. Axı indi bütövlükdə kserokopiya olan dırnaq arası dövlətin əsgərinə niyə sual verəsən ki, hardadır bu başsız qalan dəbilqələrinizin sahibləri?! Axı “Şəhidin qanıyla sulanan torpaq Vətəndir!”. Məhz buna görə də bu gün Ermənistan ordusu dünyanın hətta ən güclü hərbi texnikasına malik olarsa da Azərbaycan əsgərinin Vətən sevgisinin, milli-mənəvi dəyərlərinin qarşısında yalnız dəbilqələri qalacaq. 12 aprel 2021-ci il tarixində açılışı olan Hərbi Qənimətlər Parkı qələbəmizi əbədiləşdirmək, II Qarabağ Müharibəsinin miqyasını, tarixi qələbəmizi, zəfər çaldığımız döyüşləri gözümüzün önündə canlandırmaqla bərabər, Ermənistanın təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törətdiyi cinayətlərin bir hissəsini də sübut edir. Təsadüfü deyil ki, müharibənin ilk günlərində Ermənistan rəsmiləri müharibə davam edərsə tanklarımızı Bakıda görəcəksiniz demişdi. Bəli, Ermənistan tərəfi öz vədlərinə “sadiq qaldılar” və artıq Ermənistanı dünya birliyində döyüş bölgəsində qoyub qaçdıqları və bu gün Hərbi Qənimətlər Parkında nümayiş olunan hərbi texnikası daha yaxşı təmsil edir. Ali Baş Komandan “Bizim sözümüz imzamız qədər keçərlidir!” ifadəsini əbəs yerə işlətməmişdi. 30 illik həsrətimizin sonunda əzəli və əbədi torpaqlarımızda nəinki Azanımız yüksəlir, Xarıbülbülümüz dirçəlir, eləcə də artıq dünyanın aparıcı ölkələri, beynəlxalq ekspertləri tərəfindən Azərbaycan Ordusunun təcrübəsi, hərbi strategiyası, İkinci Qarabağ müharibəsinin bütün aspektləri öyrənilir.

Vətən müharibəsində əldə olunmuş qələbə bir daha sübut etdi ki, Paşinyanın Şuşada yallı getməsindən fərqli olaraq Azərbaycan ordu quruculuğu siyasətini inkişaf etdirməklə nəinki ordunun döyüş qabiliyyəti möhkəmləndi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi, öz növbəsində bu silahlanma siyasəti Azərbaycanı heç bir ölkədən asılı vəziyyətə də salmadı.

Qondarma dövlətə havadarlıq edən dövlətlər, Prezident İlham Əliyevlə hər zaman haqsız mübahisə aparan xarici media nümayəndələri bu gün işğaldan azad edilmiş torpaqlarımızda erməni vandallığının, psixologiyasının və əsas ideoloji amilinin canlı şahidləridir.

15 fevral 2020-ci il Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ Azərbaycan torpaqlarıdır” deməklə əslində dilinin sürüşmədiyini, təhtəlşüurda gizlənən bir həqiqətin, şüursuz bir anda ağzından çıxmasını yaxşı bilirdi. Elə bunun nəticəsidir ki, bu gün Ermənistanın hərbi texnikası da “Qarabağ Azərbaycandır!” deyə səslənir. Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan bu kompozisiya, həmçinin Azərbaycanın Ermənistandan fərqli olaraq müharibəni günahsız əhali, mülki obyektlərə qarşı deyil, yalnız və yalnız texnika, hərbi obyektlərə qarşı apardığını da nümayiş etdirir. Bütün bunların fonunda bir daha sübut etdik ki, ətlə dırnağın arasına girən sonda iylənib çıxdı..

 Həyat Qəhrəmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki