image-8bde1bdf-6d4c-36c0-bde0-030e1cbfcd98_850-jfifbackend

Bayden Səudiyyə Ərəbistanı ilə münasibətləri Konqreslə müzakirə edə bilər

image-reklam_sirab_01

ABŞ Prezidenti Cozef Baydenin Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxılması kursu tələsik olmayacaq, ABŞ lideri Konqreslə məsləhətləşəcək.

Bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti metodik və strateji hərəkət edəcək:

“O, Demokrat və Respublikaçılar partiyaları ilə məsləhətləşmək üçün vaxta ehtiyac duyacaq ki, Konqresin cavab vermək imkanı olsun və prezident konqresmenlərlə şəxsən danışıb variantları işləyə bilsin”.

Sallivan qeyd edib ki, mümkün fəaliyyət variantları arasında ABŞ-ın krallığa təhlükəsizlik yardımında dəyişikliklər ola bilər.

Bundan əvvəl ABŞ hökuməti “OPEC plus”un noyabr ayından neft hasilatını gündəlik 2 milyon barel azaltmaq qərarı fonunda Səudiyyə Ərəbistanı ilə münasibətlərə yenidən baxmağı planlaşdırdığını açıqlayıb. Vaşinqton “OPEC plus”un qərarını kəskin tənqid edərək, bunun iqtisadi məna kəsb etmədiyini iddia edib, bunun ardınca ABŞ Senatında Vaşinqtonun Ər-Riyada silah satışını bir il müddətinə dayandıran qanun layihəsi təqdim edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki