image-de2c5539-f995-3b0d-ae01-88a3c9c2dfeb_850backend

Bəxtiyar Əliyev: “Bəzi müəllimlər müxtəlif bəhanələr gətirərək seçdikləri vakansiyadan imtina edirlər”

image-reklam_sirab_01

“Müəllim vakansiya seçim edəndə Ağdamda yaşasa da, Oğuzdakı məktəbdəki boş yeri seçir. Lakin işə qəbul olduqdan sonra yolun uzaqlığını və ya başqa bəhanələri gətirərək qərardan imtina edir”.

Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

“Bu da həm məktəbə ziyandır, həm də Oğuzdakı işləmək istəyən digər müəllimlərin haqqına girmiş olur. Bu sahədə çoxlu maarifləndirici işlər aparılmalıdır. Dövlət qulluğuna sənəd verənlərdə də eyni hal təkrarlanır”, – deputat bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki