image-367115_res_00backend

Beynəlxalq əhəmiyyət kəsb edən layihələr.

image-reklam_sirab_01

Azərbaycan müstəqillik dönəminin ilk illərindən bir çox beynəlxalq təşkilatlara üzv olub, eyni zamanda beynəlxalq layihələrin əsas iştirakçısı kimi çıxış edib. Həmin dövrdən ümummilli lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi strategiyanın bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Bakı-Supsa, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars neft-qaz kəmərləri, dəmir yolu layihələri həyata keçirilib. Məhz Azərbaycanın təşəbbüskarı olduğu bu layihələr ölkəmizin iqtisadi, siyasi inkişafını təmin edib, vətəndaşlarımızın sosial rifahını yaxşılaşdırıb. Heç bir dövlətdən asılı olmadan müstəqil siyasət aparmağımıza səbəb olub. Beynəlxalq layihələrin həyata keçirilməsi ölkəmizin həm region, həm də dünya dövlətləri ilə əlaqələrinin genişlənməsinə təkan verib. Bu kimi layihələrin gələcəkdə də Azərbaycana siyasi və iqtisadi dividentlər qazandıracaq.Prezident İlham Əliyevin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasəti sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib. Son 15 il ərzində iqtisadiyyatımıza 230 milyard dollara yaxın investisiyanın yatırılması ölkəmizin hər bir sahəsində sıçrayışlı inkişafa yol açıb, ümumi iqtisadiyyatımızın 3 dəfədən çox artmasına gətirib çıxarıb. Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyətli transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Cənub Qaz Dəhlizində aparılan möhtəşəm tikinti işləri, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərindən istifadə imkanlarımızın genişlənməsi dünya üçün cəlbediciliyimizi artırıb. Azərbaycanı Avropa ilə dəmir relslər və borular bağlayır ki, bu da ölkəmizin dünya ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə şərait yaradır.Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında “Şuşa bəyannəməsini” imzalayıblar.Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.Şuşa bəyannaməsində göstərilən önəmli məsələ hər iki ölkənon Təhlükəsizlik Şurası arasında ortaq toplantılarının keçirilməsidir: “Bu isə o deməkdir ki, iki ölkə müdafiə və təhlükəsizlik siyasətini koordinasiya edəcək. Yəni faktiki olaraq, konfederasiya adlandırılmasa belə, bir növ konfederativ münasibətlərin qurulması istiqamətində qurulmuş addımlardır”.Yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar.

Ebru Agayeva – Baki Slavyan Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki