Gəncə Apelyasiya Məhkəməsinin hakimi (sədrin müavini) Muxtarov Teyyub Asif oğlunun Ali Məhkəməyə hakim təyin olunması təklif edilir.
Bu barədə Vətəninfo.az-a Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu barədə Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Qeyd edək ki, uzun illər məhkəmə sahəsində çalışan T. Muxtarov həm də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.