image-park-1backend

Biz qayıdırıq!

image-reklam_sirab_01

44 günlük Vətən müharibəsi ərəfəsində həm siyasi, həm dünya mediasının arenasında tək başına döyüş aparan Ali Baş Komandan İlham Əliyev hər çıxışında səsləndirdiyi fikir və cümlələrlə bir daha xalqının qəlbini fəth edərək, vətənin əmin-amanlıq təminatçısı olduğunu sübut edirdi. Müharibədən sonra işğaldan azad edilmiş torpaqlara səfəri zamanı da Dəmir Yumruğumuzun banisi cənab Prezident dosta fəxarət, düşmənə göz dağı abidəsi oldu. 10 noyabr Bəyanatı imzalanar-imzalanmaz doğma Qarabağımızda başlanan minadan təmizlənmə işləri, şəhərlərdə təməlqoyma mərasimləri, dövlət başçısının xüsusi diqqəti Ermənistandan fərqli olaraq öz dədə-baba torpaqlarımızda quruculuq işlərinin başlanması üçün əlimizdən gələni əsirgəmədiyimizin, dünyada mövcud şəraitin nə qədər çətin olmasından asılı olmayaraq 90-cı illərdə öz torpaqlarından didərgin düşmüş 1 milyondan çox keçmiş qaçqınların Qarabağımıza qaytarılaraq rifahlarının yaxşılaşdırılmasının dövlətimizin siyasətinin əsas hədəfləri olduğunu göstərdi. Pandemiya fonunda müharibə kimi çətin sınaqdan çıxmış bir ölkə olaraq sadaladıqlarımızın aysberqin sadəcə görünən üzü olması bizim kimi gənc dövlətin ən böyük uğurlarındandır. Bunun nəticəsidir ki, hədəfdə Qarabağımızın dirçəldilməsi olsa da, Azərbaycanımızın digər rayon və bölgələrində də quruculuq işləri, sosial-iqtisadi inkişaf uğurla davam etdirilir. Cənab Prezidentin aprelin 20-də Hacıqabul rayonuna səfəri, bir sıra sosial obyektlərin açılışında iştirak etməsi bunun bariz nümunəsidir. İlham Əliyevin də bildirdiyi kimi, rayonda qazlaşdırılmanın 100 faizə çatdırılması, elektrik enerjisinin yaxşılaşdırılması məqsədilə yarımstansiyaların istifadəyə verilməsi, içməli su layihələrinin məticəsində şəhərin su ilə tam təmin olunması, yolların 75 faizdən çoxunun yenidən çəkilməsi, eyni zamanda xəstəxana, mədəniyyət obyektləri, məktəb binalarının dövlət hesabına əsaslı təmiri gələcəyə yönəlmiş düşünülmüş siyasətin bir hissəsidir. Ölkə ərazisində bütövlükdə 50-ə yaxın aqroparkın yaradılmasının nəzərdə tutulması qeyri-neft sektorunun inkişafı və ölkənin daxili təlabatının ödənilməsinin daha da yaxşılaşdırılması deməkdir. Elə Hacıqabulda istifadəyə verilmiş aqroparkda heyvandarlığın inkişafı yaxın bir neçə ildə Azərbaycanın özünü südlə təmin etməsinə şərait yaradacaq. İndiyədək yaradılmış aqroparklarda çalışanların sayının 7 mini ötdüyünü vuğulayan cənab Prezident eyni zamanda kəndlərdə yaşayan insanlar üçün yeni iş yerləri olduğunu bildirdi.
Azad olunmuş torpaqlarımızda da aqroparkların yaradılacağını söyləyən İlham Əliyev ilk növbədə problemin Ermənistanın hələ də mina xəritələrini verməməsində olduğuna diqqət çəkdi. “İndiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir.” Cənab Prezident bütün çıxışlarında ən böyük rəqibimizin zaman olduğunu söyləyir, bu səbəbdən bütün layihələri vaxt itirmədən həyata keçirmək, xalqın rifahını yaxşılaşdırmaq, keçmiş köçkünlərin öz evlərinə qaytarılmasına nail olmaq üçün bütün istiqamətlər üzrə işlər gedir. Şuşa şəhərinin elektrik enerjisi ilə tam təmin olunması, Daşkəsəndən Kəlbəcərə hündürlüyü 3500-ə çatan Murov dağlarından keçərək yeni ötürücü xətlərin inşası, Füzuli-Şuşa yolu, Zəfər yolu, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolları, Bərdə-Ağdam, Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu ilə bağlı işlər ayrı-ayrı vaxtlarda deyil, eyni zamanda həyata keçirilir. Bununla bərabər “Ağıllı kənd” layihələrinin, şəhərlərin baş planlarının hazırlanması da görüləcək və görülməkdə olan işlərin siyahısına daxildir. Füzuli Beynəlxalq Hava Limanının tikinitisi işlərinin sürətlə getməsi, Zəngilan rayonunda da yeni hava limanı tikinitisinə başlanacağı, həm də Laçında da hava limanının inşa ediləcəyi görülən işlərin nə qədər böyük və maliyə tələb etdiyini göz önünə çəkir. Bir sözlə, Cənab Prezidentin də söylədiyi kimi 4 Lüksemburqa bərabər ərazisi olan azad olunmuş torpaqlarda yenidənqurma işləri aparılır və aparılacaq. “ Çünki mən demişəm, bir daha demək istəyirəm, azad edilmiş torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Yəni, hesab edirəm ki, bu, təsəvvür üçün, kifayət qədər aydın mənzərədir. Dörd Lüksemburq boyda ərazini biz sıfırdan tikməliyik, qurmalıyıq.” Əlbəttə, dünyada işğalçılıq siyasətinə məruz qalan tək ölkə biz deyildik, amma işğal etdiyi torpaqları xarabalığa çevirib, viran qoyan tək ölkə Ermənistan idi. Bütün dünyadadakı faşizmin ən eybəcər simasına bürünmüş Ermənistan qız-gəlinimizə, əliyalın qoca, körpəmizə qənim olmaqla kifayətlənməyib, işğal etditi torpaqlarda axan suyumuza, əsən küləyimizə, açan gülümüzə, ötən bülbülümüzə də qənim kəsilmişdi. Türklüyə, islama olan nifrətini cilovlamaqda aciz olan mənfur düşmənin dünya arenasında yaratdığı erməni faşizmi, erməni terrorizmi imicini Azərbaycan xalqı, ordusu və Ali Baş Komandanının birlik simvolu olan Dəmir Yumruq məhv etdi. Cənab Prezidentin də verdiyi müsahibədə söylədiyi kimi, Azərbaycan xalqı heç vaxt heç nəyi unutmayacaq. Sadəcə bölgədə sülhün bərqərar olması üçün keçmişi unutmadan gələcəyə baxmalı, müvafiq addımlar atmalıyıq. Hərbi Qənimətlər Parkının yaradılmasında da əsas məqsəd budur. Bölgədə təhlükəsizliyin təmin olunması üçün gələcəkdə Ermənistanla birlikdə hər hansı layihələr həyata keçirilsə də, biz heç vaxt, qundaqdakı körpəmizin, laylay deyən anamızın ah-naləsini unutmayacağıq. “Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq. Bu gün Ermənistanda böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın. Biz heç vaxt unutmamalıyıq. Biz bunu heç vaxt bağışlamayacağıq. Bunu hər kəs bilsin.” Zəngəzur dəhlizinin yaradılmasının milli, tarixi və gələcək maraqlarımıza tam cavab verəcəyini söyləyən Ali Baş Komandan Ermənistan istəsə də, istəməsə də Zəngəzura qayıdacağımızı qətiyyətlə vurğuladı. “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır.” Sözü imzasına bərabər olan Ali Baş Komandan İlham Əliyev təkcə bu günkü xalqının deyil, bu torpağın gəlmiş-keçmiş hər bir nümayəndəsinin nicat qapısı, narahat ruhların xilaskarıdır! Azərbaycan xalqı isə xilaskarının güc mənbəyi! Biz qayıdırıq!

Günəş Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki