image-susa1backend

“Biz Şuşanın səfiriyik” sənədli filminin təqdimatı olacaq

image-reklam_sirab_01

Səndəli film QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş “Şuşa ili” xüsusi qrant müsabiqəsinin qalibi olan “İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyi”nin (İSAY İB) həyata keçirdiyi “Biz Şuşanın səfiriyik” layihəsi çərçivəsində çəkilib.
Qısametrajlı sənədli film ölkənin 18 ali tahsil müəssisəsində təhsil alan 36 ölkədən 44 tələbənin iştirakı ilə Şuşada çəkilib. 44 günlük Vətən müharibəsinin Şanlı zəfəri məhz Şuşanın işğaldan azad edilməsi ilə yekunlaşıb. Bu məqsədlə layihədə iştirak etmək üçün simvolik olaraq 44 tələbə seçilib. Seçilən iştirakçılar Şuşaya səfər edib və onların təəssuratlarını ehtiva edən 25 dəqiqəlik ingilis dilində sənədli film çəkilib. Layihənin məqsədi əcnəbi tələbələrə böyük qələbəmizin rəmzi olan Şuşanı tanıtmaq, 30il ərzində işğal altda qalan tarixi Azərbaycan torpaqlarını canlı görmək imkanı yaratmağa hesablanıb. Gələcəkdə filmin xarici ölkələrdə yayımlanması da nəzərdə tutulub.

Təqdimat mərasimi 11.11.2022ci il tarixdə saat 17:00da Bakı Gənclər Mərkəzində keçiriliəcək.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki