image-a657e54c-e34f-3ed9-a065-116bf31ddd1d_850-jfifbackend

Blinken Ukraynaya görə 100-dən çox ölkənin diplomatları ilə məsləhətləşmələr aparıb

image-reklam_sirab_01

ABŞ dövlət katibi Entoni Blinken və onun müavini Viktoriya Nuland Vaşinqtonda 100-dən çox ölkəni təmsil edən diplomatla BMT Baş Assambleyasında Ukrayna ilə bağlı qətnaməyə qarşıdan gələn səsvermə üçün virtual görüş keçirib.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib.

“Dövlət katibi Blinken və dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bu gün Vaşinqtonda virtual görüşdə 100-dən çox ölkədən 165-dən çox diplomatı bir araya gətirib”- deyə, o bildirib.

Qeyd edək ki, BMT Baş Assambleyasında Ukraynanın “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərində keçirilən “referendumu” pisləyən qətnaməyə səsvermə keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki