image-1backend

BMT: ” İran hökuməti insanlığa qarşı cinayət törədib”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, 2022-ci ilin payızında BMT-nin İnsan Haqları Şurası Məhsa Əmininin öldürülməsindən sonra “Qadın, Həyat, Azadlıq” şüarı ilə aksiyalarda küçələrə çıxan etirazçıların öldürülməsi və zorakılıqla yatırılmasına dair həqiqətləri yoxlamaq və tapmaq üçün Faktaraşdırıcı Komitə yaradıb.
Martın 18-də bu komitə öz hesabatını Cenevrədə İnsan Haqları Şurasının iclasına təqdim edərək, İran hökumətini 2022-ci ildəki etirazların yatırılması zamanı insan haqlarının ciddi şəkildə pozulması halları ilə insanlığa qarşı cinayətdə ittiham edib.

Komitənin sədri Sara Hüseyn deyib:
“Araşdırmalar zamanı belə qənaətə gəldik ki, yalnız beynəlxalq insan haqları deyil, cinayət hüquqları da pozulub. Biz bu haqda danışmağa məcburuq. Bəşəriyyətə qarşı cinayətin tərkib hissəsi olan hallara rast gəldik. İranın müxtəlif yerlərində insanlara qarşı zorakılıq, təcavüz, etnik və dinə əsaslanan qısnama halları bunun bəşəriyyətə qarşı cinayət olmasını komitəyə sübut edib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki