image-6253bee2dc4746253bee2dc47516496555226253bee2dc46f6253bee2dc471backend

Britaniya kəşfiyyatı: Mariupol uğrunda döyüşlər intensivləşib

image-reklam_sirab_01

Rusiya silahlı qüvvələri Donetsk və Luqans regionlarının top atəşinə tutulmasını davam etdirib.

Veteninfo.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Ukrayna qüvvələri Rusiyanın həmin regionlarda bir neçə hücumunu dəf edib, nəticədə Rusiya ordusunun tankları, nəqliyyat və artilleriya vasitələri sıradan çıxarılıb.

Vurğulanıb olunub ki, Rusiya idarəolunmayan bombalardan istifadəni davam etdirib və bu, hədəfə alma və zərbələr endirmə zamanı növbəti mülki itkilərə səbəb olmaq riskini çox artırır.

Məlumatda Mariupol uğrunda döyüşlərin intensivləşdiyi qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki