image-reklam-veteninfo
image-62206b6ca4d9162206b6ca4d92164629182062206b6ca4d8f62206b6ca4d90backend

Britaniya kəşfiyyatı: Xarkov, Çerniqov və Mariupol Ukraynanın əlində qalır

image-reklam-veteninfo

Son üç gündə Rusiya qüvvələri Ukraynada cüzi irəliləyiş əldə edib.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.

Məlumatda bildirilib ki, Kiyevə doğru irəliləyən böyük rus kolonunun əsas hissəsi Ukraynanın güclü müqaviməti, mexaniki nasazlıq və həddindən artıq yüklənmə səbəbindən gecikir və şəhərin mərkəzindən 30 km-dən çox məsafədə qalır.

“Rusiyanın Xarkov, Çerniqov və Mariupol şəhərlərini şiddətli atəşə tutmasına baxmayaraq, bu şəhərlər Ukraynanın əlində qalır. Bəzi rus qüvvələri Xerson şəhərinə daxil olub, lakin hərbi vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır.
Rusiya Müdafiə Nazirliyi bu müharibədə artıq 498 rus əsgərinin həlak olduğunu, 1597-nin isə yaralandığını etiraf etmək məcburiyyətində qalıb. Ölənlərin və yaralananların faktiki sayı, demək olar ki, xeyli çox olacaq və artmaqda davam edəcək”, – kəşfiyyat xidmətinin məlumatında qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki