Rusiya Ordusu Ukraynaya hərbi müdaxilə zamanı 450 hərbçisini itirib.
Veteninfo.az korrespondent.net saytına istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles açıqlama verib.
Onun fikrincə, Rusiya Ordusu müharibənin ilk günü qarşısına qoyduğu hədəflərə çata bilməyib.