image-ad02fdde-3e24-3ce7-a752-97950922b23b_850backend

Britaniyada Mühafizəkarlar Trasın istefasını müzakirə edəcəklər

image-reklam_sirab_01

Böyük Britaniyada Mühafizəkarlar Partiyasının bir qrup yüksək vəzifəli nümayəndəsi hazırkı Baş nazir Liz Trasın istefasını müzakirə etmək üçün toplantı təşkil edəcək.

Qəzetin yazdığına görə, görüş bu gün, oktyabrın 17-də baş tutmalıdır.

Bəzi mühafizəkarlar hökumət başçısının dərhal istefasını tələb edəcəklər, digərləri isə vergilərin azaldılması proqramının uğursuzluğundan sonra Trası açıq şəkildə vəzifəsindən getməyə çağırmağı planlaşdırır.

“O, hazırda gözləmə zalındadır və bunu özü də bilir. İndi o, prosesdə iştirak edib öz şərtləri ilə müəyyən qədər gedəcək, yoxsa müqavimət göstərməyə çalışıb, məcburiyyət qarşısında qalacaq, bu zaman məsələsidir”,- adı açıqlanmayan eks-nazirlərdən biri nəşrə verdiyi şərhdə bildirib.

Qəzet onu da vurğulayıb ki, Trasın istefası ilə bağlı iclasa 15-20 eks-nazir və digər yüksək rütbəli deputatlar dəvət olunub. Tədbirin əsas təşəbbüskarları baş nazir postu uğrunda mübarizədə Trasın rəqibi olan Rişi Sunakın tərəfdarlarıdır.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki