Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən həm də parlamentarilərə deputat vəsiqələri təqdim olunub.
Vətəninfo.az-ın Modern.az-a istinadən məlumatına görə, yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.
VII çağırış Milli Məclisinin 15 komitəsi formalaşdırılıb. Aşağıdakı deputatlar komitə sədrləri seçilib:
– İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Azər Əmiraslanov;
– Elm və təhsil komitəsi – Anar İskəndərov;
– Regional məsələlər komitəsi – Siyavuş Novruzov;
– Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Arzu Nağıyev;
– İnsan hüquqları komitəsi – Zahid Oruc;
– Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi – Sadiq Qurbanov;
– Aqrar siyasət komitəsi – Tahir Rzayev;
– Əmək və sosial siyasət komitəsi – Musa Quliyev;
– Mədəniyyət komitəsi – Polad Bülbüloğlu;
– Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Səməd Seyidov;
– Səhiyyə komitəsi – Əhliman Əmiraslanov;
– Ailə, qadın və uşaq məsələləri komitəsi – Hicran Hüseynova;
– Gənclər və idman komitəsi – Şahin İsmayılov;
– İctimai birliklər və dini qurumlar komitəsi – Fazil Mustafa;
– Hüquq siyasəti və dövlət quruculuğu – Əli Hüseynli.
Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onlara həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.