image-32backend

Bu gün Avropa İttifaqı liderlərinin növbəti zirvə görüşü başlayır

image-reklam_sirab_01

Bu gün Avropa İttifaqı liderlərinin növbəti zirvə görüşü başlayır.

Veteninfo.az xəbər verir ki, toplantıya 27 ölkənin dövlət və hökumət başçıları qatılacaq.

Liderlər enerji qiymətlərindəki bahalaşmanı, COVID-19 pandemiyası ilə mübarizəni, Avropa İttifaqı ölkələri ilə Rusiya arasındakı münasibətləri, iqlim böhranını və digər mühüm məsələləri müzakirə edəcəklər.

İclas iki gün davam edəcək.

Sammit Almaniya kansleri Angela Merkelin iştirak etdiyi Aİ-nin sonuncu zirvə görüşü olacaq. O, hakimiyyətdə olduğu 16 il ərzində ittifaq liderləri ilə ümumilikdə 107 dəfə görüşüb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki