image-sevda-kerimova-318backend

Bu gün İlham Əliyevin apardığı siyasət gələcək nəsillər üçün açılan işıqlı yoldur.

image-reklam_sirab_01

Müstəqillik əldə ediləndən sonra Azərbaycanın başının üstündəki qara bulud onun irəli addım atması üçün ən böyük maneə idi. Mənfur düşmənlərimizin torpaq iddiası iqtisadi potensialımızın da inkişafına maneə olurdu.
I Qarabağ müharibəsi dövründə dağıdılmış ərazilərimiz, vurulmuş ziyanlar, çökmüş iqtisadiyyat Ümummmilli liderimiz Heydər Əliyevi qorxutmadı. Atəşkəs əldə olunandan sonra iqtisadi resuslarımızdan səmərəli istifadə yolları və iqtisadi inkişaf üçün ezam olunan infrastrukturunun mövcud olması dünyanın aparıcı dövlətlərinin Azərbaycana maraq göstərməsinə səbəb oldu. Gələcək planlarının həyata keçirilməsi üçün Azərbaycan bütün imkanlarından istifadə etməli idi. Həm xarici siyasət, həm də iqtisadi siyasət Azərbaycanı yüksək tribunalardan dünyaya tanıtmalı idi. Bütün bunlar əldə olundu. Bu gün də bu liderliyi Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyev uğurla davam etdirir.
Azərbaycanın apardığı siyasət onun inkişafının təminatçısıdır. 30 il ərzində aparılan hərtərəfli inkişaf yolu 44 günlük tarixi qələbəmizə yol açdı. Dəmir Yumruq əməliyyatı sübut etdi ki, artıq Azərbaycan itirilmiş torpaqlarını öz gücü ilə almaq məcburiyyətində idi. Ali Baş Komandanımız İlham Əliyevin hər çıxışında BMT-nin yerinə yetirə bilmədiyi qətnamələri Azərbaycan özü həyata kecirib.
Belə bir açıqlama bir daha 13 oktyabr Astanada, Asiya qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin 6-cı zirvə toplantısında öz yerini tapdı.
Astana toplantısında cənab Prezident İlham Əliyev erməni vəhşiliklərindən, törətdikləri vandalizm aktlarından və bu hərəkətlərin ermənilər tərəfindən gizlədilməsi haqqında görüş iştirakşılarına məlumat verdi. O, ermənilərin basdırdıqları minaların xəritələrini, azərbaycanlıları qətlə yetirərək basdırdıqları kütləvi məzarlıqların yerini hələ də Azərbaycan tərərfinə vermədiklərini görüş iştirakşılarının nəzərinə çatdırdı. Eyni zamanda Prezident İlham Əliyev dövlət başçılarınını nəzərinə çatdıraraq, ermənilərin basdırdıqları minaların təmizlənməsi üçün Azərbayacana uzun bir zaman və böyük vəsait lazım olduğunu da xatırlatdı.
Ermənistan hökümətinin bu vəhşiliklərə göz yummasını və hətta bunları törədədənləri qəhrəmanlaşdırılması hallarını xüsusi vurğuladı. Sonda İlham Əliyev iştirak edən dövlət başçılarının Azərbaycanın apardığı beynəlxalq əhəmiyyətli mühüm iqtisadi və nəqliyyat- infrastrukturlarının inkişafı layihələrinin həyata keçirilməsinin, törədilən erməni təxribatlarına maneə olduğunu catdırdı. Minalardan təmizlənmiş ərazilərə köçürülmə prosesinin başlanması, orada aparılan quruculuq işləri də Prezidentin çıxışında yer almışdı. Görüşdə İlham Əliyev Azərbaycanın Qoşulmama hərəkatında oynadığı rol və apardığı mühüm işlər barəsində də məlumat verdi.
Zirvə toplantısında İlham Əliyev İran Prezidenti Seyyid İbrahim Rəisi ilə görüşü də baş tutdu. İran Prezidenti Azərbaycanın onun ölkəsi üçün önəmli qonşu dövlət olduğunu vurğulayıb. Prezident İlham Əliyev Xəzəryanı ölkələrlə dostluq münasibəti və qarşılıqlı anlaşmanın mühüm yer tutduğunu qeyd etdi. Ağbənd bəndinin açılması İran Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin inkişafın bir daha sübüt edir.
Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın gələcək inkişafını təmin edəcək və Azərbaycanın dünya dövlətləri sırasında ən qlobal yerlərdə dayanması üçün atılan addımdır. Bu gün İlham Əliyevin apardığı siyasət gələcək nəsillər üçün açılan işıqlı yoldur.
Bu günün gəncləri İlham Əliyev siyasətini və quruculuq işlərini aparmaq üçün savadlı və layiqli Azərbaycan vətəndaşı kimi yetişməlidir.

Sevda Kərimova
Suraxanı rayonu 318 № li tam orta məktəbin tarix müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki