image-afaq-seferova-275backend

Bütün çətinliklərə baxmayaraq Azərbaycan dövləti inamla irəliyə doğru addımlayır

image-reklam_sirab_01

Prezident Ilham Əliyev 20 oktyabr 2022-ci il tarixində qardaş Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə Cəbrayıl rayonuna rəsmi səfər etdi. Səfər zamanı Zəngilan Hava Limanınının açılış mərasimi oldu. Zəngilan Beynəlxalq Hava Lİmanının açılması Zəngəzurdan keçən nəqliyyat dəhlizinin imkanını daha da artırdı və iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan-Türkiyə birgə layihələrinə yeni imkanlar açmış oldu. Bu da öz növbəsində gələcəkdə öz yurd-yuvalarına dönən məcburi köçkünlərimiz üçün məşğulluq imkanlarını artıracaq.
Bağlanmış yeni müqavilələrin tarixi əhəmiyyəti regiona xarici şirkətlərin investisiyalar yatırmalarının sayını artıracaq.
Prezident İlham Əliyev çıxışında bu səfərin önəmini belə vurğuladı: Şərqi Zəngəzurda bərpa işlərinin sürətlənməsi regiona həyatın sürətlə qayıtması deməkdir. Bu, öz yurdlarına qayıtmağı səbirsizliklə gözləyən insanlara böyük bir dəstəkdir. Bizim haqq savaşımızda bizə daim dəstək olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu səfərdə iştirakı regionda sülhü pozmaq istəyənlərə verilən ən tutarlı cavabdır. Səfər zamanı Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Ağıllı Tingçilik və Dostluq meşəsi kompleksinin təməli qoyuldu. Bu komplekslərdə yerli və qardaş Tirkiyədən olan mütəxəssislərin birgə fəaliyyəti nəzərdə tutulub. Bu məqsədlə Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilmişdir. Mərkəzin elektrik təchizatını yaxşılaşdırmaq üçün 180 kilovat gücündə Günəş Elektrik stansiyasının quraşdırılması planlaşdırılır. Tədbirlər çərçivəsində əraziyə 18 baş ceyran buraxıldı, yeni ağaclar əkildi və həssas ekosistemin bərpası üçün tədbirlər planı hazırlandı. Oktyabrın 20-də Zəngilan Hava Limanının açılış mərasimində iştirak edən Azərbaycan və Türkiyə Prezidentləri açılış mərasiminin rəmzi olan lenti birgə kəsib, hava limanında yaradılan şəraitlə tanış oldular. Hava limanında saatda 200 sərnişinə xidmət göstərilməsi nəzərdə tutulur. Xatırladaq ki, Türkiyə Llideri ötən ilin oktyabr ayında da Füzuli Beynəlxalq Hava limanının açılışında da iştirak etmişdir. Bu bir daha onu göstərir ki, bütün çətinliklərə baxmayaraq Azərbaycan dövləti inamla irəliyə doğru addımlayır və qardaş Türkiyə bu yolda bizi daim dəstəkləyir. Prezident Ilham Əliyevin dediyi kimi Azərbaycan Türkiyə dostluğu, birliktəliyi daimidir əbədidir.

Afaq Səfərova
275nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki