image-karona-xalibackend

“Carona Xalı”nın yeni fırıldağı-VƏTƏNDAŞIN XALISIN GÖRÜN NECƏ GERİ QAYTARDILAR

image-reklam_sirab_01

 

Vətəninfo.az-a müraciət edən vətəndaş bildirir ki, onun şikayəti bir vətəndaş olaraq şikayəti xalça təmizləmə şirkətindəndir.

Vətəndaş vurğulayır ki, xalçanın keyfiyyətinin itirilmədən təmizlənməsi ilə bağlı müxtəlif şirkətlərin qeydləri ilə tanış olduqdan sonra  onun seçimi  “Carona Xalı” olub.

Şirkətin sosial şəbəkə səhifəsində peşakar komanda heyətinin olmasından, müştəri məmnuniyyətindən, xalçaların təmiz, müştərilərin könlünün xoş olacağı kimi ifadələrinə inanaraq xalçaları təmizlənməsi üçün onlara, yəni “Carona Xalı”  şirkətinə təhvil verib:

“ Şirkətin nümayəndəsi xalçaların 1 həftə ərzində yuyulub təhvil veriləcəyini bildirsədə bu heç də belə olmadı. Xalçaların nə zaman təhvil veriləcəyi ilə bağlı zənglərimizə isə bugün-sabah deyərək cavab verilirdi. Nəhayət 13 gündən sonra şirkətin nümayəndəsi xalçaları gətirərək, ödənişini alıb çıxıb getdi. Deyim ki, mətbuatda çox zaman şirkətlər tərəfindən yuma zamanı xalçaya dəyən zərərdən, xalçanın üzərində yuyucu tozdan qalan ağ təbəqədən şikayətlər oxumuşam. Lakin bu şirkət tam əksini edərək nəinki xalçaları yumayıb, yumadan öncə heç tozdan təmizlənməsi üçün  hər hansı bir iş belə görməyib. Qarşılaşdığım vəziyyətlə bağlı şirkətlə əlaqə saxlamağıma baxmayaq xeyrimə dəyişən hər hansı bir irəliləyişə nail ola bilmədim”. Vətəndaş vurğulayır ki, şirkətə xalçaların təmizlənmədiyi halda etdiyi ödənişin geri qaytarılmasını istəsə də, qarşı tərəf “ödənişin geri qaytarılmasından söhbət belə gedə bilməz” deyərək, müştəridə sözün əsl mənasında çaşqınlıq yaradıb: “Bunu Sizin saytın oxucuları ilə bölüşməkdə məqsədim onların bu səriştəsiz, işlərinin öhdəsindən gələ bilməyən şirkətin reklamlarına aldanıb əsəblərini korlamasınlar”.

 

Redaksiyadan: Vətəndaşın müraciətindən sonra.qeyd olunan şirkətlə əlaqə saxlamaq istəsək də,təssüflər olsun zənglərimizə cavab verən tapılmadı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki