image-inshot_20220707_210730501backend

Cəlilabadda reket ailə peyda olub: həkim naməlum aparatla xəstələrə diaqnoz qoyur – ŞOK FAKTLAR

image-reklam_sirab_01

Son zamanlar sosial şəbəkələrdə Cəlilabad rayonunu dünyada biabır etməyə çalışan Şükürov Elnur Zakir oğlu ilə bağlı rayonun gənc fəalları tərəfindən araşdırma aparılıb.

Bu barədə rayon sakinlərindən daxil olan məlumatda deyilir.

Məlumatda qeyd olunub ki, Elnur Şükürov əslən cəlilabadlıdır, Məlikqasımlı kəndində anadan olmuşdur. Bakı şəhərində yaşayır. 2020-ci ilin fevral ayında keçirilən deputat seçkilərində Cəlilabad rayonda deputatlığa namizədliyini irəli sürüb və seçkilərdə məğlub olub.

İddialara görə, Elnur Şükürov məqsədinə çatmaq üçün özünü xalqın yanında göstərməyə çalışsa da əslində onun kim olduğunu hamı bilirmiş:

“Çünki, araşdırmamızda elə də çətinliklərlə üzləşmədik. Belə ki, rayonun ərazisində kimdən Elnur Şükürov barəsində soruşduqsa, ya üzlərini turşudub çevirib getdilər, ya da ünvanına qarğış tökdülər. Nəhayət onu və ailə üzvlərini yaxından tanıyanları tapmağa çalışdıq. Və şübhəsiz ki, istəyimizə nail olduq. Elnur Şükürov və yaxınları barəsində danışdıqca bizdə onu araşdırmaq üçün daha da maraq yaratdı. Demək bunların qeyri-qanuni əməllərini sadalamaqla bitirmək olmur. Necə deyərlər Elnur Şükürov öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır. Bizim 2 saatlıq araşdırmamızın nəticələri ilə siz də tanış olun:

Atası Şükürov Zakir Mösü oğlu qısa müddətli fəaliyyətində dövlət qulluqçusu adına xələl gətirdiyinə görə ərizəsi alınaraq işdən azad edilib.

Qardaşı Şükürov Emil Zakir oğlu Cəlilabad RMX-da pediatr işləsə də əslində saxta sənədlərlə əlillik təyinatı həyata keçirərək korrupsiya əməlləri ilə məşğuldur (əsaslı faktlar mövcuddur).

Qardaşı Şükürov Vüqar Zakir oğlu Cəlilabad şəhərində yerləşən Nuranə klinikasında elmə məlum olmayan aparat vasitəsilə insanlara diaqnoz qoymaqla camaatı yanlış müalicəyə sürükləyərək xalqı soymaqla, genefondumuza zərbə vurmaqla məşğuldur.

Çox güman ki, bu saxta fəaliyyətini saxta diplomla həyata keçirir. Çünki, əsl tibbdən anlayışı olan adam xalqın sadəlöhv, elmi savadı olmayan, günahsız insanların taleyi ilə oynamaz, üzərində təcrübə keçməklə müalicə-müayinə aparmaz. Təhsili ilə bağlı araşdırmalarımız davam edəcək. Belə təhsili hansı təhsil ocağı verib görəsən??? Onu da nəzərinizə çatdıraq ki, rayonun ziyalı təbəqəsi Vüqar Şükürovun müayinə-müalicəsindən hiddətli şəkildə narazılıqlarını bildirdilər.

Qardaşı Şükürov Elmir Zakir oğlu icra nümayəndəliyində saxta diplomla işləyir.
Şükürov Ramin adlı bir qardaşı da məktəb direktoru kimi “fəaliyyət” göstərdiyi məktəbdə korrupsiya hallarının baş verdiyi bildirildi. Şikayətçilərimiz Ramin “müəllim”in qardaşı Elnur Şükürovdan çəkindiklərini bildirərək tam açıqlama verməkdən yayındılar. Ancaq biz üzərimizə düşən borcu axıra kimi yerinə yetirmək üçün araşdırmamızı davam etdirəcəyik.

Ən maraqlı məqam isə bu qardaşların beşi də hərbi xidmətdən yayınıblar, həm də hamısı eyni diaqnozla, küt alətlə başlarına endirilmiş zərbə nəticəsində ağır kəllə-beyin travması diaqnozu ilə yaddaş və hərəkət pozğunluğu, özünüidarəetmə qabiliyyətinin itirilməsi və s. (əsaslı faktlar mövcuddur). Bunlar ailəlikcə xəstədirlər? Əgər bunlar hərbiyə yararsız səviyyədə xəstədirlərsə, necə işləyə bilərlər? Biri direktor, ikisi həkim, biri dövlət qulluqçusu??? Özlərini nümunəvi göstərməyə çalışsalar da əslində Elnur Şükürovun danışıqlarından onun psixologiyasında ciddi narahatçılıqların olduğu bəlli olur. Belə danışıqları və davranışları ilə də millət vəkili olmaq istəyi də onun anormallığını bir daha təsdiq edir.

Şükürovlar ailəsinin gənclərin həyatını məhv edən narkotik maddələrin dövriyyəsi ilə məşğul olduqları barədə məlumatlar da saytımıza daxil olub. Göründüyü kimi günahsız gənclərin həyatını zəhərləyən ailənin üzvü, “Cəlilabada canı yanan” Elnur Şükürov əslində cinayət bataqlığından çıxış üçün həyasız istiqamət alıb özünü efirlər vasitəsilə təmizliyə çıxarmağa çalışır.

Araşdırmalarımız davam edəcək…” (xeberal.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image