image-1_3backend

Çernobıl faciəsinin 35-ci ildönümü qeyd edilib

image-reklam_sirab_01

26 aprel 2021-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin 35-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Öncə tədbirdə iştirak edən Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və əməkdaşları, Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin üzvləri bir dəqiqəlik sükutla Çernobıl qurbanlarının xatirəsini yad etmişlər.
Çıxışlarda vurğulandı ki, Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən xalqımızın Ümummilli Lideri Heydər Əliyev bu qəzanın ləğvində iştirak etmiş və həmin faciədən zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında Sərəncamlar imzalamışdır.

image-1_7Hazırda Ulu Öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamları ilə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən bütün şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, onların pensiya və müavinətlərı mütəmadi olaraq artırılır, mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Bir sözlə, bu kateqoriyadan olan insanların sosial təminat məsələləri daim diqqət mərkəzində saxlanılır.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Nərimanov rayon filialının üzvləri öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz dərin minntdarlıqlarını bildiriblər.

 

 

 

 

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki