Çinin Çanşa şəhərində binanın çökməsi nəticəsində iki nəfər ölüb.
Veteninfo.az xəbər verir ki, dağıntılar altından 9 nəfər xilas edilib.
İki nəfər ağır əşyalar tərəfindən əzildiyindən onları yerindən tərpətmək mümkün olmayıb.
39 nəfər itkin düşmüş hesab olunur.
Qeyd olunur ki, hadisə ilə əlaqədar 11 nəfər həbs edilib.