image-40backend

COVID-19-un qurbanı olan Azərbaycan jurnalistləri – SİYAHI

image-reklam_sirab_01

Koronavirus gənc, qoca demədən bir çox insanın həyatına son qoydu. Bu virusdan ölənlər arasında media təmsilçiləri də var. Mətbuat şurasında verilən məlumata görə 600 -ə yaxın jurnalist koronavirusa yoluxub. Onlardan 19 nəfəri həyatını itirib.

Vətəninfo.az lent.az-a istinadən COVID-19-dan dünyasını dəyişən jurnalistlərin bir neçəsini təqdim edir:

 

 

Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi ilə birgə koronavirusun qurbanı olub.

286290

25 yaşlı gənc jurnalist Nurlan Ağa 11 dekabr 2021-ci ildə  Türkiyədə COVID-19-dan vəfat edib. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib və Türkiyədə Atatürk universitetində təhsil alırmış.

286291

53 yaşlı jurnalist Fuad Əlizadə isə dekabrın 29-da koronavirusdan dünyasını dəyişib. O, uzun illər rusdilli mətbuatda çalışıb.

286292
Ötən il dekabrın 15-də “Azeri Defence” hərbi-texnoloji jurnalının təsisçisi və baş redaktoru, tanınmış jurnalist Rəşad Süleymanov koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

286293

İctimai Televiziyanın İnformasiya Departamentinin böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu da ötən il iyulunda koronavirusa yoluxub. “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilən jurnalist süni tənəffüs aparatına qoşulsa da, təəssüf ki, həyatını xilas eləmək mümkün olmayıb.

286294
Bu ilin yanvarında “Trend” İnformasiya Agentliyinin Baş direktor müavini Elxan Ələsgərov da COVID-19-un qurbanları sırasına daxil oldu.

286295
“Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) daha bir əməkdaşı, Kinoproqramlar və dublyaj Baş Redaksiyasının baş redaktoru, Əməkdar incəsənət xadimi Etibar Babayev ötən il iyulun 2-də müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib.

286296
AzTV-nin daha bir əməkdaşı, 36 yaşlı rejissor Samir Nemətzadə də ötən il iyulun 1-də koronavirusdan dünyasını dəyişib.

286297
Milli Məclisin (MM) rəsmi orqanı olan “Azərbaycan” qəzetinin fotoillustrasiya şöbəsinin müdiri, tanınmış foto-jurnalist Fərman Bağırov koronavirusdan vəfat edib. Ötən ilin iyun ayında vəziyyəti ağırlaşan Fərman Bağırov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas eləmək mümkün olmayıb.

286298
Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Ədəbi-dram və folklor verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövlud (Məmmədova) koronavirusdan vəfat edib.

286299
Avqustun 27-də AMEA-nın Əlyazmalar İnstitutunun böyük elmi işçisi, “Avropa Nəşr Mətbu Evi”nin direktoru, Qarabağ Müharibəsi veteranı, jurnalist Şöhrət Səlimbəyli avqustun 27-də koronavirusdan dünyasını dəyişib.

286300
Gənc jurnalist Oğuz Altay da 32 yaşında koronavirusa məğlub olan həmkarlarımızdan oldu. O, avqust ayının 28-də dünyasını dəyişib.

286301


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki