image-1backend

Daha 3 şəhidimiz dəfn olundu – FOTOLAR

image-reklam_sirab_01

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən daha 3 şəhid dəfn olunub.

Vətəninfo.az xəbər verir ki, şəhid Ağayev Ayaz Həbulla oğlunun qalıqları İsmayıllının Hacıhətəmli kənd qəbiristanlığında, atasının məzarının yanında hərbi orkestrin müşayiəti ilə torpağa tapşırılıb.

Onun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Digər bir şəhidimiz isə Lənkəranda dəfn edilib. Habil Oruc oğlu İsmayılovun qalıqları Lənkəranın Kərgəlan kənd qəbiristanlığında, hərbi orkestrin müşayiəti ilə torpağa tapşırılıb.

image-2

1975-ci il təvəllüdlü Habil İsmayılov 18 yaşında, 1993-cü ildə həqiqi hərbi xidmətə yola düşüb. Füzuli və Xocavənd rayonlarının Horadiz, Şişqaya istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə 1993-cü ilin dekabr ayında ailəsi ilə görüşüb. 1994-cü ilin yanvar ayının 27-dən itkin düşüb.

image-4

Birinci Qarabağ müharibəsində itkin düşən və 30 ildən sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən digər şəhidimiz İbad Musarza oğlu Musayevin də qalıqları ailəsinə təhvil verilib. Şəhidlə doğulduğu Lənkəran rayonunun Şağlaser kəndində torpağa tapşırlıb.

İbad Musayev 1994-cü ilin yanvar ayının 26-da Füzuli rayonunun Əbdülrəhmanlı kəndində şəhid olub. Onun Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

image-3

Qeyd edək ki, fotolar APA-ya məxsusdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki