image-3backend

Davamçılar Gəncə terrorunun qurbanlarını yad edib (FOTOLAR)

image-reklam_sirab_01

 

“Davam” Gənclər Hərəkatının nümayəndələrinin 17-18 oktyabr tarixlərini əhatə edən Gəncə şəhərinə səfəri baş tutub.
Səfər çərçivəsində “Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, katibliyin əməkdaşları 200-dən çox davamçı gənclə birlikdə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin müharibə qanunlarını qəsdən pozaraq mülki əhalini hədəf alan raket hücumları nəticəsində darmadağın edilmiş ərazidə olub, terror qurbanlarını yad ediblər.
Səfər çərçivəsində Gəncə terroru nəticəsində hər iki valideynini itirən 2 yaşlı Nilay ziyarət olunub.
Səfərin sonunda isə “Davam”ın nümayəndələri Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanına gedərək şəhidlərimizi yad edib, məzarları üzərinə tər qərənfillər düzüblər.
image-3 image-4 image-44 image-44444444444444 image-444444444

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki