Qananın cənubunda ağır yol-nəqliyyat qəzası baş verib.
Veteninfo.az-ın Sinxua agentliyinə istinadla xəbərinə görə, avtobusla yük avtomobilinin toqquşması nəticəsində 8 nəfər həlak olub.
Xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə yerində istintaq qrupu işləyir.