Şuşa Dövlət Musiqili Dram Teatrı AzMİU-da: Tələbələrə “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası təqdim edildi
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 44 günlük Vətən müharibəsinə və Zəfər Gününə həsr olunmuş silsilə vətənpərvərlik tədbirləri davam edir. Növbəti tədbir universitetin Şuşa Dövlət Musiqili Dram Teatrı ilə birgə keçirilib, AzMU tələbələri üçün “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası təqdim edilib.
Kompozisiyadan öncə 28 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə raket hücumu və nəticədə həlak olan silahsız dinc sakinlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Dəmir Yumruq” ədəbi-bədii kompozisiyası təqdim edilib. Kompozisiya səhnələrdən və Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi ərəfəsində etdiyi tarixi çıxışlardan təşkil olunub. Aktyorlar Prezident İlham Əliyevin çıxışları ilə cəbhədə baş verən hadisələri, cəmiyyətin müxtəlif kəsimlərinin reaksiyalarını, dünya ölkələrindən bizə qarşı hücumları harmoniya şəklində nümayiş etdirəkək müharibə dövrünü canlandırıblar. Səhnələri daha da qüvvətləndirmək üçün hərbi-vətənpərvərlik mövzularında olan müxtəlif şeirlər səsləndirilib.
Tələbələrin alqışı ilə müşaiət olunan kompozisiya izləyicilərin və aktyorların birlikdə Azərbaycan Respublikası Dövlət Himnini səsləndirməsi ilə yekunlaşıb.