8 noyabrda Şuşanın azad edilməsi ilə Azərbaycan Xalqı ilk təmiz qələbə sevincini yaşadı. Artıq nəinki düşmən, hətta bütün dünya bu taktika qarşısında mat qalmışdı. Azərbaycan oğulları bu igidliklərilə bütün mifləri geridə qoymuş, əsl qəhrəmanlıq dastanını yazmışdılar. Ermənistan höküməti və xalqı isə bu çöküş qarşısında hələ çaşqınlıq və revanşizm nümayiş etdirirdi. Azərbaycan Xalqı sevincdən küçələrə axışmışkən, erməni xalqı parlamentə hücümlar edir,bir-birinə qarşı vuruşmaqla məşğul idi. Bu ədalətli qələbə humanizmdən xəbəri olmayan bir xalq üçün əsl faciə hesab oluna bilər. Onları bir-birilərinə qarşı belə vəhşiliyə sövq edən də məhz elə bu idi. Özlərini illərlə inandırdıqları bu saxtakarlığın əvəzində veridikləri qurbanların sayı,orduda olan acınacaqlı və bir o qədər də gülünc vəziyyət, hökümətdə barbarlıq və s. onlar üçün bir güzgü oldu və bu güzgü də əsl vəziyyətləri ilə qarşı-qarşıya qaldılar. Vəziyyət o yerdə idi ki, artıq ön cəbhəyə aparmağa yalnız 50,60 yaş üstü insanları tapırdılar, kimiləri müharibə meydanından qaçır, kimiləri tamamilə ölkəni tərk etməyə cəhd göstərdi. Lakin Ermənistan hökümətinin qərarına əsasən 18 yaşdan 55 yaşınadək kişilər ölkəni yalnız ərazi hərbi komissarlıqlarının yazılı icazəsi ilə tərk edə bilərdilər. Bu isə o demək idi ki, Azərbaycan Ordusu ilə üz-üzə gəlməyə cürət edə bilmirlər. Əlbəttə Azərbaycanın mərd oğullarının qarşısında heç bir qüvvə dayana bilməz. Azərbaycan Xalqı isə müharibədən yox, müharibənin dayanmasından qorxurdu. Xalqın ürəyi Qarabağda Azərbaycan Ordusu ilə bir döyünür, “Vətən müharibəsi” iştirakçıları media nümayəndələrinə verdikləri müsahibələrində, yalnız “irəli” əmrini gözlədiklərini bildirir, tez bir zamanda bütün torpaqları işğaldan azad etməyi arzulayırdılar.
Azərbaycan Ordusu sürətlə irəlilədiyi bir vaxtda 9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən atəşkəs bəyanat imzalandı. Bəyanatda 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi.
Hər kəs televizor qarşısında , yüksək həyacanla Prezindet İlham Əliyevin çıxışını dinləyirdi. Sevincdən ağlayanlar, küçələrə axışanlar, əllərində bayraqla oynayıb,yallı gedənlər…Bu hislər ifadə oluna bilməz, yaşanmasa anlaşılmaz hislər idi. O hislər ki,xalq 30 il ərzində yaşamağı gözləmişdi. Azərbaycanın bütün guşələrindən canlı xəbər yayımlayan KİV- də xalqla bir yerdə bayram edirdi. Yəqin ki,bu da onlar üçün peşələrində yaşayıb – yaşaya biləcəkləri ən gözəl an, ən gözəl xəbər idi.
Bəyanata əsasən, Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarıld.Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirildi, Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytardı. Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarərinə keçdi.Müqaviləyə görə məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar. Bu bəyanata əsasən Azərbaycan əsirləri də öz Vətənlərinə geri qayıtdı. Hər birinin yolunu bütün xalq səbirsizliklə gözləyirdi. Yollarında qurbanlar kəsildi, fəxarət hissilə, qürurla, qarşılandılar.
Kapitulyasiya aktı düşmənin diz çökməsi demək idi. Həm də, elə bir vaxtda ki, bu bəyanat imzalanmasaydı da,Azərbaycan Ordusu öz torpaqlarını əsl şücaətlə geri qaytaracaqdı. Biz hər iki halda da qalib, düşmən isə istənilən ehtimal və ya halda məğlub idi. Ermənistan höküməti iqtisadi, siyasi, hərbi sahədə çökməklə bərabər mənəvi cəhətdən də süquta uğramışdı. Vətəndaş müharibəsinə gəlib çıxacaq vəziyyət uzaqda deyildi və demək olar ki,bu hal qaçınılmaz olmadı. Günlərlə davam edən ixtişaşlar, hökümət binalarına kütləvi hücümlar, qan tökməklə nəticələnən bu mübarizə ilə xalq da höküməti ilə düşmən mövqeyində idi. Faciələr törətdikləri Qarabağı Azərbaycan Ordusu elə geri qaytardı ki, artıq əsrlər keçsə də erməni xalqının ağlından silinməyəcək.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Ayşən İsmayılova