image-depbackend

Depressiyanın xərçəngə səbəb olmadığı müəyyən edilib

image-reklam_sirab_01

Depressiya və narahatlığın xərçəngə səbəb olmadığı müəyyən edilib.

Vətəninfo.az xəbər verir ki, Hollandiyanın Qroningen Universitetinə tabe olan xəstəxananın tədqiqatçıları depressiya, narahatlıq və xərçəng arasındakı əlaqəni araşdırıblar.

Tədqiqat çərçivəsində Kanada, İngiltərə, Norveç və Hollandiyadan olan 300.000 adamdan əldə olunan məlumatlar təhlil edilib.

Tədqiqat nəticəsində depressiya və ya narahatlıq ilə döş, bağırsaq və ya spirtlə əlaqəli xərçəng növləri arasında heç bir əlaqəyə rast gəlinməyib.
Depressiya və ya narahatlığın siqaret və alkoqolun səbəb olduğu xərçəng xəstəliyinə tutulma riskini 6 faiz artırdığı bildirilib.
Tədqiqatın nəticələri Amerika Xərçəng Cəmiyyətinin ”Cencer” jurnalında dərc olunub.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki