image-59backend

Deputat: “Regionlarda reket jurnalistikaya qarşı mübarizə aparılmalıdır”

image-reklam_sirab_01

“Regionlarda medianın fəaliyyətinə ciddi nəzarət olmalıdır”.

Vətəninfo.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bölgələrdəki ali məktəblədə Jurnalistika fakültəsi yoxdur. N.Həmzəyev qeyd edib ki, bu, regionlarda medianın inkişafına mənfi təsir göstərir.

Deputat bildirib ki, “Media haqqında” qanun layihəsinə regionlarda jurnalistikanın inkişafı ilə bağlı müddəanın əlavə edilməsi yaxşı olardı: “Regionlarda reket jurnalistikaya qarşı mübarizə aparılmalıdır. Regionlarda yalançı jurnalist vəsiqsi ilə gəzən kifayət qədər şəxslər var. Onlara qarşı tədbirlər görmək zəruridir. Düşünürəm ki, qanun layihəsi media üçün çox faydalı olacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki