image-1backend

Deputatlar Komitənin hesabatını TƏSDİQLƏDİ

image-reklam_sirab_01

Milli Məclis “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı”nı təsdiq edib.

Vətəninfo.az xəbər verir ki, bu illik məlumat parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edib. B.Muradova ölkədə gender bərabərliyi haqqında məlumat verib və bu istiqamətdə görülən işlərdən danışıb.

Hesabata əsasən, ötən il 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfər olub. Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur.

Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.

Həmçinin hesabata əsasən, Azərbaycanda 2022-ci ildə Daxili İşlər Nazirliyinə məişət zorakılığı ilə bağlı 9864 müraciət daxil olub. Qeyd edilib ki, məişət zorakılığı ilə bağlı qeydə alınmış cinayətlərin ümumi sayı 1175 (2021-ci ildə 1196), xəsarət alan qadınların sayı 1132 ( 2021-ci ildə 1150) olub. 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 2021-ci illə müqayisədə artıb.

Belə ki, 2022-ci ildə ailə məişət münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı törədilmiş ölümlə nəticələnən cinayət hadisələrinin sayı 51 olub ki, onlardan 2-si yetkinlik yaşına çatmayan şəxslərdir. Bu rəqəm 2021-ci ildə 46 idi.

Daha sonra deputatlar öz təklif və rəylərini bildiriblər.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki