image-14backend

Dövlət Departamenti Baydenin Əfqanıstan üzrə diplomatik səyləri ilə bağlı araşdırma aparır

image-reklam_sirab_01

ABŞ Dövlət Departamentinin Baş müfəttişi Dayana Şou Prezident Cozef Bayden administrasiyasının Əfqanıstan üzrə diplomatik səyləri ilə bağlı araşdırmaya başlayıb.

Veteninfo.az xəbər verir ki, bu barədə “Politico” ABŞ Konqresindəki mənbələrə istinadən məlumat yayıb.

Araşdırma ABŞ hərbçilərinin bu ölkədən çıxarılması ilə bağlıdır. Dövlət Departamenti əsas diqqəti xüsusi immiqrasiya vizalarının verilməsi proqramına, əfqan qaçqınların köçürülməsi prosesinə, həmçinin ABŞ-lı işçi heyətinin və onlarla əməkdaşlıq etmiş əfqanların Kabildən təxliyə edilməsinə yönəldəcək.

Məlumata görə, D.Şou artıq Konqresi bu barədə məlumatlandırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki