image-1backend

Dövlət Komissiyasının sədri televiziya rəhbərlərini TOPLADI 

image-reklam_sirab_01

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri (KİV) tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Nazirlər Kabinetində növbəti görüş keçirilib.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan Vətəninfo.az-a verilən məlumata görə, görüşdə bu ilin yanvar-mart ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək bildirib ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə səmərəliliyin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlığının təmin edilməsi sahəsində zəruri tədbirlər görülür. Hüquq-mühafizə orqanları müasir telekommunikasiya və informasiya imkanlarından istifadə edərək narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini gücləndirib, qanunsuz dövriyyədən külli və xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə olunaraq məhkəmə hökmləri əsasında məhv edilib. Eyni zamanda ümumilikdə aşkar olunmuş cinayətlərin sayı, qanunsuz dövriyyədən müsadirə edilən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, həmçinin narkotik maddələrin yüksək dozasının qəbulu nəticəsində ölənlərin sayının azalması bildirilib.

Bununla yanaşı qeydiyyatda olan narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəricilər təhlil edilib, istifadə ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması sahəsində kütləvi informasiya vasitələrinin sistemli şəkildə müvafiq işlərin görülməsinin davam etdirməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirdə Audiovizual Şuranın sədri İsmət Səttarov bu ilin yanvar-mart ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat verib, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, “Xəzər TV MMC”nin baş direktoru Murad Dadaşov, “Azad Azərbaycan Teleradio Yayım Şirkəti”nin rəhbəri Azər Xəlilov və “Real” Təhlil İnformasiya Mərəzinin direktor müavini Mahir Məmmədov irəli sürülən tövsiyələri nəzərə alaraq, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə kütləvi informasiya vasitələri tərəfindən daha geniş işıqlandırılmasının əhəmiyyəti barədə çıxış ediblər.

Bu il aidiyyəti dövlət qurumu tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə ümumilikdə 10 min 546 dəfə yayımlanması, media subyektlərində ekspertlərin iştirakı ilə 55 xüsusi verilişin təşkil edilməsi və narkomanlığın zərəri ilə bağlı müəllif süjetlərinin hazırlanması təmin olunub.

Görüşün yekunu olaraq, narkomanlığa qarşı təbliğat işinin aparılmasında onlayn medianın və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərərli təsiri və problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin davamlılığının təmin edilməsi və sayının artırılması, o cümlədən həmin verilişlərə həkim-narkoloqların cəlb edilməsi, narkotik istifadəçilərinin sayı çox olan şəhər və rayonlar üzrə statistik göstəriciləri əks olunan bölgələrdə jurnalist araşdırmasının aparılması, aidiyyəti dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların kütləvi informasiya vasitələri ilə geniş işıqlandırılmasıilə əlaqədar müvafiq tövsiyələr verilib və qərarlar qəbul edilib.

image-2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image