image-wwbackend

Dövlət Reklam Agentliyi: Şəhərdə monitorları biz sökmürük

image-reklam_sirab_01

Veteninfo.az bu gün “Dövlət Reklam Agentliyi hərəkətə keçdi-TARİXİ BİNALARA QURAŞDIRILAN MONİTORLAR SÖKÜLÜR” başlıqlı xəbəri yayımladıqdan sonra, DRA-nin mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri redaksiyamızla əlaqə saxlayaraq yayıdığımız məlumatla bağlı bildirib ki, paytaxtın mərkəzi royonunda reklam monitorlarının sökülməsi işini Dövlət Reklam Agentliyi həyata keçirmir.

image-huseyn-azeri

Bəs o zaman bu motitorları sökən hansı dövlət orqanıdır? Sualımıza isə Hüseyn Azərinin cavabı  “Siz özünüz araşdıra bilərsiniz ki,sökən qurum  hansıdır”-oldu. Hüseyn Azəri onu da bildirdi ki, artıq DRA-yi tərəfindən tarixi binalarda reklam qurğularının yerləşdirilməsi ilə bağlı komissiya yardılıb.Bu komissiyanın tərkibində Mədəniyyət nazirliyi,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri təmsil olunurlar: “Komissiya hazırda bu istiqamətdə işləyir.İlkin olaraq pilot layihə kimi paytaxtın mərkəzi rayonu seçiləcək.Burda tarixi-memarlıq abidəsi hesab edilən binaların ümumi görnüşünə xələl gətirilmədən reklam qurğuları yerləşdiriləcəkdir. Bundan sonra müfafiq sənədlər hazırlanaraq Nazirlər Kabnetinə təqdim ediləcək.Nazirlər kabeti tərəfindən tarixi-memarlıq abidəsi kimi reystrdə olan binalada reklam aqurğularının  yerləşdirilməsi qaydaları haqqında qanuna baxılacaqdır”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki